Sayt xəritəsi

E L A N L A R

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!

01 yanvar  2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixədək muxtar respublikada Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Muxtar respublikamızı tanıyaq” başlığı altında fotomüsabiqə keçiriləcəkdir.

Fotomüsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
-"ƏN YAXŞI NAXÇIVANIN TƏBİƏTİ FOTOŞƏKLİ"
-"ƏN YAXŞI MEMARLIQ ABİDƏSİ FOTOŞƏKLİ"
- "ƏN YAXŞI MƏDƏNİ İRS NÜMUNƏSİ  FOTOŞƏKLİ"

Müsabiqənin keçirilməsində məqsəd:
 ̶  Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılması;
̶   Gənclərin təbliğat işində fəallığının artırılması;
̶   İştirakçıların bacarıqlarının və ideyalarının üzə çıxarılması;
̶   İctimaiyyətin məlumatlandırılması.

Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirmə meyarları:
̶   Müsabiqənin məqsədinə uyğunluğu və şərtlərinə cavab verməsi;
̶   İdeyanın, kompozisiyanın orijinallığı və yaradıcı yanaşma;
̶   İşin təsiredici qüvvəyə malik olması və asan qavranılması;
̶   Keyfiyyəti.    

Müsabiqədə iştirak:
Yaradıcılıq qabiliyyəti olan hər bir yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir:
̶  Fotoşəkillər elektron daşıyıcılarda (CD vəya DVD) müəllif haqqında bioqrafik məlumatla birlikdə təqdim olunmalıdır.
̶  Müsabiqəyə hər bir iştirakçı tərəfindən hər nominasiya üzrə ən çox 5 fotoşəkil təqdim edilə bilər.
̶ Təqdim olunmuş fotoşəkillərin qiymətləndirilməsi 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən aparılır.

Müsabiqənin mükafatlandırması aşağıdakı kimidir:

̶  birinci yer (3 nəfər) – Diplom və qiymətli hədiyyə
̶  ikinci yer (3 nəfər) – Diplom və qiymətli hədiyyə
̶  üçüncü yer (3 nəfər) – Diplom və qiymətli hədiyyə

Müsabiqədə iştirak etmək istəyənlər fotoşəkilləri 01 yanvar 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixədək Naxçıvan Turizm İnformasiya Mərkəzinə təqdim edə bilərlər.
 
Qaliblər 2017-ci ilin may ayında elan olunacaq və mükafatlandırılacaqlar.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə əlaqə saxlaya bilərsiniz:
Tel:  545-77-55