Sayt xəritəsi

E L A N L A R

Müsabiqə elanı

Naxçıvan Dövlət Universiteti “Azərbaycan bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqəyə fərdi yazılar və publisistik məqalələr təqdim olunur.

Müsabiqənin keçirilməsində məqsəd
Müsabiqənin keçirilməsində məqsəd ölkə gənclərini vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində fəaliyyətini stimullaşdırmaqdan və gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir.

Müsabiqədə iştirak
Naxçıvan Dövlət Universitetində təhsil alan hər bir gənc, yaradıcılıq qabiliyyəti olan tələbələr (bakalavr, magistr və dissertant)  müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara  aid tələblər
1. Müsabiqəyə hər bir iştirakçı yalnız bir yazı təqdim edə bilər.
2. Yazı bundan əvvəl heç bir mətbuat orqanında dərc edilməməlidir.

Müsabiqəyə təqdim olunmuş yazıların  qiymətləndirmə meyarları
-mövzunun əhatə olunması;
-araşdırma və əsaslandırma;
-ifadə vasitələrinin zənginliyi;


Müsabiqənin keçirilmə vaxtı
Müsabiqəyə təqdim olunan yazılar A4 ölçülü kağızda və elektron daşıyıcılarda, 02 oktyabr  2017-ci il tarixdən 06  noyabr 2017-ci il tarixədək olan müddətdə Naxçıvan Dövlət Univertsitetinin Mətbuat şöbəsində qəbul ediləcəkdir. Müsabiqə materialları  eliyevaseadet@gmail.com, shshahla36@gmail.com  elektron poçt ünvanlarına da göndərilə bilər.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir
Birinci yer (bir nəfər) – 100 manat
İkinci yer (iki nəfər) – 75 manat
Üçüncü yer (üç nəfər) – 50 manat
Həvəsləndirici yer(üç nəfər)-30 manat