Sayt xəritəsi

E L A N L A R

Azercellin tələbə təqaüdü proqramı

“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

 

Proqram üzrə müraciət:

 

  • Proqramda son iki kursun tələbələri iştirak edə bilərlər (Bakalavr)

 

  • Təqaüd Proqramına müraciət müddəti 15 Sentyabr – 15 Oktyabr 2017

 

  • Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur.

 

  • Müraciət ərizəsinə tələb olunan sənədlərin skan versiyası əlavə edilməsə, müraciətlər nəzərə alınmayacaq.

 

  • Yalnız seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

Təqaüd proqramına müraciət etmək üçün elektron müraciət ərizəsini buradan doldura bilərsiniz.