Sayt xəritəsi

E L A N L A R

Foto-Müsabiqə Elanı

Naxçıvan Dövlət Universiteti tələbələr arasında foto-müsabiqə elan edir.

 

Naxçıvan Dövlət Universitetinin tələbələri arasında “Mənim universitetim – mənim dünyam” adlı foto-müsabiqə elan edilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr universitet həyatını, tələbə dünyasını əks etdirən fotoları şəxsi məlumatları ilə birgə (tələbənin adı, soyadı, ata adı və ixtisası) ndu.edu.az instaqram ünvanımıza mesaj (direct) şəklində göndərə bilərlər. Şəkillər “.jpg” formatında olmalıdır. Hər tələbə müsabiqədə maksimum 1 foto ilə iştirak edə bilər. Fotolar qəbul olunandan sonra müsabiqəyə təqdim olunan şəkillər müsabiqə müddətində Naxçıvan Dövlət Universitetinin instaqram səhifəsində ndu.edu.az yerləşdiriləcək. Qaliblər müsabiqə müddətində universitetin instaqram səhifəsində ən çox bəyənmə alan 10 foto arasından seçiləcək. Fotolar Naxçıvan Dövlət Universitetinin müəyyən etdiyi peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin mükafat fondu:
 
I yer - 150 manat
II yer - 100 manat
III yer - 50 manat
Həvəsləndirici mükafatlar

 
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplomu ilə də təltif olunacaqlar.
 
Fotoların təqdim olunma tarixi:  01 noyabr– 20 noyabr 2017-ci il