Sayt xəritəsi

E L A N L A R

E L A N

Naxçıvan Dövlət Universiteti “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqəyə fərdi yazılar və publisistik məqalələr təqdim olunur.

 

Müsabiqənin keçirilməsində məqsəd
Müsabiqənin keçirilməsində məqsəd  ölkə gənclərini ümummilli lider Heydər Əliyev şəxsiyyətinə hörmət, vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaqdan  ibarətdir.

 

Müsabiqədə iştirak
Naxçıvan Dövlət Universitetində təhsil alan hər bir gənc, yaradıcılıq qabiliyyəti olan tələbələr (bakalavr, magistr və dissertant)  müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunan yazılara  aid tələblər
1. Müsabiqəyə hər bir iştirakçı yalnız bir yazı təqdim edə bilər.
2. Yazı bundan əvvəl heç bir mətbuat orqanında dərc edilməməlidir.

 

Müsabiqəyə təqdim olunmuş yazıların  qiymətləndirmə meyarları
-mövzunun əhatə olunması;
-araşdırma və əsaslandırma;
-dil və üslub xüsusiyyətləri,  ifadə vasitələrinin zənginliyi;

 

Müsabiqənin keçirilmə vaxtı
Müsabiqəyə təqdim olunan yazılar müəllifin adı, soyadı, ixtisası göstərilməklə A4 formatlı, Times New Roman 14 şriftlə yazılmalı və 3-6 səhifə həcmində olmalıdır. Müsabiqə materialları 27 mart 2018-ci il tarixdən 2 may 2018-ci il tarixədək olan müddətdə Naxçıvan Dövlət Univertsitetinin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasında qəbul ediləcəkdir.  Yazılar elektron formatda  shshahla36@gmail.com,  naxsamir@gmail.com ünvanlarına da göndərilə bilər.

 

Müsabiqəyə təqdim olunmuş materiallar 10 may 2018-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir.

 

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır.

 

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir
Birinci yer (bir nəfər) – 100 manat
İkinci yer (iki nəfər) – 75 manat
Üçüncü yer (üç nəfər) – 50 manat
Həvəsləndirici yer(üç nəfər)-30 manat