Sayt xəritəsi
 
Bizimlə əlaqə

E L A N L A R

MÜSABİQƏ ELANI

Naxçıvan Dövlət Universiteti “Milli həmrəyliyimiz, milli birliyimiz” mövzusunda yazı müsabiqəsi elan edir. Müsabiqəyə fərdi yazılar və publisistik məqalələr təqdim olunur.

Müsabiqənin keçirilməsində məqsəd
Ölkə gənclərini vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində fəaliyyətini stimullaşdırmaq və gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir. 

Müsabiqədə iştirak
Naxçıvan Dövlət Universitetində təhsil alan hər bir gənc, yaradıcılıq qabiliyyəti olan tələbələr (bakalavr, magistr və dissertant)  müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara  aid tələblər
1.  Hər bir iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər.
2. Yazı bundan əvvəl heç bir mətbuat orqanında dərc edilməməlidir.

Müsabiqəyə təqdim olunmuş yazıların  qiymətləndirmə meyarları
-mövzunun əhatə olunması; 
-araşdırma və əsaslandırma;
-ifadə vasitələrinin zənginliyi;

Yazıların təqdim olunma forması və vaxtı
Müsabiqəyə təqdim olunan yazılar A4 ölçülü kağızda və elektron daşıyıcılarda (3 səhifədən çox olmamaq şərti ilə) 22 noyabr  2018-ci il tarixdən 22 dekabr 2018-ci il tarixədək olan müddətdə Naxçıvan Dövlət Univertsitetinin Mətbuat şöbəsində qəbul ediləcəkdir. 

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir
Birinci yer – 100 manat
İkinci yer – 75 manat
Üçüncü yer – 50 manat
Həvəsləndirici yer (iki nəfər)-30 manat
 
 
Qeyd: Yazını elektron qaydada təqdim etmək istəyən şəxslər materialları  eliyevaseadet@gmail.com, shshahla36@gmail.com  elektron poçt ünvanlarına da göndərə bilər.