Sayt xəritəsi
 
Bizimlə əlaqə

E L A N L A R

Elan

Naxçıvan Dövlət Universitetinin Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin nəzdində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. İnnovasiya Mərkəzi universitetdə “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, müasir təfəkkürlü peşəkar mütəxəssis hazır­lığını, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasını,  yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin - startapların hazırlanması prosesini tənzimləmək, həmin startapların qəbulunu və təqdimatlarının keçirilməsini təmin etmək, peşəkar ekspert qrupları ilə əməkdaşlıq zəminində layihələrin dəyərləndirilməsini təşkil etmək məqsədi ilə yaradılmışdır.