Sayt xəritəsi

E L A N L A R

FƏLSƏFƏ DOKTORU


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ 2012-Cİ İL ÜÇÜN FƏLSƏFƏ DOKTORU VƏ ELMLƏR DOKTORU HAZIRLIĞI ÜZRƏ QƏBUL ELAN EDİR
FƏLSƏFƏ  DOKTORU  HAZIRLIĞI  ÜZRƏ
    Ə Y A N İ    Ş Ö B Ə Y Ə
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası     
Q İ Y A B İ    Ş Ö B Ə Y Ə
Analiz və funksional analiz  
Diferensial tənliklər
Fiziki  kimya
Azərbaycan dili
Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
Musiqi sənəti
Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul  Azərbaycan Respublikası Təhsil Nazirinin 1475 saylı 12 sentyabr 2012-ci il tarixli əmrinə uyğun olaraq təsdiq edilmiş plana əsasən aparılır.
Doktoranturuya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan)  Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 ildir.  
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat  vərəqi;
- Tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Doktoranturaya sənədlər  2012-ci il 17 sentyabr -16 oktyabr tarixlərdə qəbul edilir.
Qəbul imtahanları 2012-ci il  22 oktyabr-21 noyabr tarixlərdə keçiriləcəkdir.

DİSSERTANTURA YOLU İLƏ FƏLSƏFƏ DOKTORU PROQRAMI
HAZIRLIĞI ÜZRƏ
Botanika
İqtisadi  nəzəriyyə
Ümumi iqtisadiyyat
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası
Vətən tarixi
Azərbaycan dili
German dilləri
Azərbaycan ədəbiyyatı
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
Musiqi sənəti
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası
  Fəlsəfə doktoru proqramı üzrə doktoranturada dissertantlıq yolu ilə təhsil müddəti 4 ildir.  
Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim  edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat  vərəqi;
- Tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
ELMLƏR  DOKTORU  HAZIRLIĞI  ÜZRƏ
    Q İ Y A B İ    Ş Ö B Ə Y Ə
Fiziki kimya  
Vətən tarixi
DİSSERTANTURA YOLU İLƏ ELMLƏR DOKTORU PROQRAMI
 HAZIRLIĞI ÜZRƏ
İqtisadi nəzəriyyə
Ümumi iqtisadiyyat
Azərbaycan ədəbiyyatı
Dünya ədəbiyyatı (Rus ədəbiyyatı)
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və  "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.  
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat  vərəqi;
- Tərcümeyi-hal;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- "Fəlsəfə doktoru" və ya "Elmlər namizədi" elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;
- şəxsiyyəti təsdiq edən sənədin sürəti.
Doktoranturaya sənədlər  2012-ci il 17 sentyabr -16 oktyabr tarixlərdə qəbul edilir.
İxtisaslar üzrə ayrılmış yerlərin sayı elmi müəssisələr üzrə təsdiq olunmuş planlarda göstərilmişdir.