Sayt xəritəsi

E L A N L A R

Təqaüd proqramı

  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) bakalavr və ya bakalavrdan sonrakı dərəcəyə malik universitet əməkdaşları üçün Koreyanın Ajou Universitetində Beynəlxalq Ticarət və Beynəlxalq Biznes təqaüd proqramını təklif edir:

Proqram 12 fevral 2013-cü ildən 4 iyul 2014-cü ilədək 16 aylıq müddəti əhatə edir.

Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:

  • namizəd ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi və ya dövlət sektorunda çalışan olmalı və həmçinin müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalı (həmçinin, ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edə bilər);

  • ingilis dilini yüksək səviyyədə bilməli;

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;

  • tibbi cəhətdən sağlam olmalı;

  • namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir.

Təqaüd proqramında iştirakla bağlı bütün xərclər KOİCA tərəfindən maliyyələşdiriləcəkdir.

Məlumatları və ərizə formalarını əldə etmək üçün Naxçıvan Dövlət Universitetinin  Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz .

Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər ərizə formasını və digər lazımi sənədləri 16 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

QEYD: müraciət edən namizədlər, həmçinin çalışdığı qurumun müvafiq tövsiyə məktubunu da əlavə olaraq Təhsil Nazirliyinə təqdim etməlidir.