Sayt xəritəsi

E L A N L A R

Sənəd qəbulu

Magistraturaya  sənəd qəbulu Magistratura üzrə dekanlığın binasında 11 fevraldan 22 fevraladək  aparılacaqdır.


Bakalavrlar Sənəd Qəbulu Komissiyasında ərizələrini təsdiq etdirmək üçün  aşağıdakı sənədlərin əsillərini  şəxsən təqdim etməlidirlər:


1. Şəxsiyyət vəsiqəsi

2. Cari ilin məzunları (IV kurs bakalavrlar) təhsil aldıqları ali təhsil müəssisələrinin tədris şöbələri tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballıq şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayış    (Əlavə 2).

3. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər bakalavr  təhsili haqqında diplom və ona əlavə.

4. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər məzunu olduqları təhsil müəssiəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballıq şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayış    (Əlavə 1).

5. Əvvəlki illərdə magistraturada təhsil almış şəxslər magistraturada təhsillərinin dövlət hesabına  və ya ödənişli əsaslarla olması haqqında  ali təhsil müəssisəsi tərəfindən verilən  arayış    (Əlavə 3)

Magistraturaya ərizə vermək istəyən bakalavrlar elektron ərizə üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək üçün Azercell və NAR Mobile nömrələrindən  birindən 7725   nömrəsinə boş SMS göndərməlidirlər.

Əlaqə telefonları:     545-36-05  Mobil:    050-370-12-59,       070-254-23-21