Sayt xəritəsi

E L A N L A R

Qaynar xətt

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN  DÖVLƏT UNİVERSİTETİ

Ə M R_______

 

         Naxçıvan şəhəri                          «______» _____________ 2014-cü il

                     2013/2014-cü tədris ilinin yaz semestrinin 

                     imtahan sessiyasında imtahan  qərargahının və 

                     “Qaynar xətt” xidmətinin yaradılması   

                     haqqında

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Ali və orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilinin yaz semestrinin  imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffavlığı və obyektlivliyi təmin etmək haqqında» 08 may 2014-cü il tarixli 558 saylı əmrinin icrasını təmin etmək məqsədi ilə

 

Ə M R  E D İ R Ə M:

 

I. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2014-cü il tarixli 558 saylı əmri icra üçün rəhbərliyə alınsın.

 

II.Tədris şöbəsinə, fakültə dekanlarına, kafedra müdirlərinə tapşırılsın ki, yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsini, obyektivlik və şəffaflığın daha da möhkəmləndirilməsini təmin etsinlər.

 

III.2013/2014-cü tədris ilinin yay imtahan sessiyasının normal şəkildə, təlimatlara uyğun qaydada keçirilməsini, yarana biləcək münaqişələrin obyektiv və operativ həllini təmin etmək məqsədi ilə universitetdə aşağıdakı tərkibdə imtahan qərargahı və “Qaynar xətt” xidməti yaradılsın:

 

1. Seyid Surə Namidar qızı               -tədris işləri üzrə prorektor,  sədr

2. Məmmədov Elşən Nemət oğlu     -universitet həmkarlar ittifaqı komitəsinin sədri, üzv

3. Rəhimov Rafiq Vilayət oğlu         -tədris şöbəsinin müdiri, üzv

4. Qasımov Hüseyn Ələkbər oğlu     -elektron təhsil şöbəsinin müdiri, üzv

5. Sultanova Mehriban Paşa qızı        -universitetin mətbuat şöbəsinin müdiri, üzv

6. Abdullayev Arzu Kamal oğlu        -universitet tələbə gənclər təşkilatının sədri, üzv

7. İxtisas müəllimi                          -üzv

 

 

 

IV. Qərargaha və “Qaynar xətt” xidmətinə tapşırılsın ki, fəaliyyətini  obyektivlik  və aşkarlıq şəraitində, mövcud təlimatlar əsasında qursun, imtahanlarda şəffaflığın daha da möhkəmləndirilməsini, müraciətlərin müvafiq qaydada baxılıb araşdırılmasını, imtahanlarda ictimai nəzarətin gücləndirilməsini təmin etsin, fəaliyyəti barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə gündəlik məlumat versin, imtahan sessiyası bitdikdən sonra Nazirliyə  hesabat  təqdim  etsin.

 

V. Qərargahın  və “Qaynar xətt” xidmətinin yaradılması və telefonları (545-39-29; 545-20-32) barədə məlumat bütün fakültələrin «İmtahan guşə»lərində nəzərə çatdırılsın.

 

VI. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

                                                 ƏSAS: Azərbaycan Respublikası Təhsil Nazirliyinin

                                                             08.05.2014-cü il tarixli 558 saylı əmri və  

                                                             mənim sərəncamım

 

 

 

 

R E K T O R :                                      prof. S.H.MƏHƏRRƏMOV

 

 

Əmri hazırladı :                                                      Razılaşdırıldı:

 

_________R.V.Rəhimov                       Prorektor :__________S.N.Seyid

Verilsin: , bütün fak.             

                                                                         Hüquq məs :__________Q.Behbudov