Sayt xəritəsi

E L A N L A R

Hörmətli Həmkarlar!

 

     Hörmətli Həmkarlar!

     Naxçıvan Dövlət Universiteti 2015-ci il noyabr ayının 20-21-də “Şərqin böyük dahisi Nəsrəddin Tusi” mövzusunda Beynəlxalq konfrans keçirəcəkdir.

    
     Konfransın əsas mövzuları:
 

1. Nəsrəddin Tusinin pedaqoji görüşləri və  fəlsəfəsi

2. Nəsrəddin Tusi və dəqiq elmlər

3. Nəsrəddin Tusinin yaşadığı dövrdə ictimai siyasi fəaliyyəti

 

       Məqalələrin çap olunmasına qoyulan tələblər:

 

Konfrans materialları 01 noyabr 2015-ci ilə kimi təqdim olunmalıdır.

Məqalələr 3-8 səhifə həcmində olmalıdır.

Məqalələr 1,5 intervalla, 14 şriftlə, A-4 formatda,  soldan -3 sm, sağdan -1 sm, yuxarıdan -2 sm, aşağıdan -2 sm olmaq şərti ilə (Word 2003, 2007 Times New Roman), 1 nüsxədə və disketdə, yaxud elektron formada elmi.hisse@mail.ru ünvanına təqdim olunmalıdır.

       Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri məqalənin adının altında yazılmalıdır.

       Məqalələr konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır.

       Təşkilat komitəsinə təqdim olunmuş materiallar xüsusi topluda nəşr olunacaq.

       Konfrans materialları  azərbaycan, rus və ingilis dillərində ola bilər.

       Materiallara 150-200 sözdən ibarət xülasə və açar sözlər əlavə olunmalıdır.

       Məqalələrin nəşri pulsuzdur.

 Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti, Universitet şəhərciyi.

        e-mail:elmi.hisse@mail.ru

        tel.0365454559

       Təşkilat Komitəsi