Sayt xəritəsi

ELM VƏ TƏHSİL



MÜQAVİLƏ NÜMUNƏSİ

M Ü Q A V İ L Ə №-


Naxçıvan şəhəri                                               “___”_________200   -ci il


Ali məktəbin rektoru şəxsində bir tərəfdən Naxçıvan Dövlət universitetinin rektoru, akademik İ.Ə.Həbibbəyli və bundan sonra əcnəbi dinləyici adlandırılan  _____________________ vətəndaşı  ______________________ digər tərəfdən aşağıdakı məzmunda müqavilə başlayırlar:

1. Ali məktəb əcnəbi vətəndaşın____________________________ ixtisası üzrə müqavilə yolu ilə müvafiq təhsil proqramları əsasında ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür.
Əcnəbi vətəndaş hazırlıq fakültəsini (şöbəsini) bitirdikdən sonra ali məktəbin birinci kursuna daxil olmaq üçün Azərbaycan Respublikasi Təhsil   Nazirliyinin təsdiq etdiyi məbləğdə ______ AZN manatı bank vasitəsi ilə ali məktəbin xəzinəsinə köçürülür.

2. Ali məktəb aşağıdakıları öz üzərinə götürür:

  • dərslərin müvafiq təhsil proqramlarına uyğun yüksək elmi-metodiki səviyyədə aparılmasını təmin edir.
  • kitabxana, idman kompleksi, tibbi xidmətdən istifadə etmək üçün əcnəbi tələbəni  azərbaycanlı tələbələrin malik olduqları hüquqlarla təmin edir.         
  • əcnəbi tələbə (magistrant, doktorant) təhsili müvəffəqiyyətlə başa vurduqdan sonra ona ixtisas və dərəcə almasını göstərən müvafiq dövlət sənədi diplom verilir.
  •  Ali məktəb əcnəbi vətəndaşın tələbəliyinin mənsub olduğu ölkə tərəfindən tanınmasını öz öhdəsinə götürmür.
  • Əcnəbi tələbəyə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada çıxış-giriş vizalarının alınmasında köməklik göstərir.
  • Ali məktəb əcnəbi vətəndaşın Azərbaycan Respublikasında qalması, pasport qeydiyyatı, viza alması, vətənə gedib gəlməsi, o cümlədən, Azərbaycan Respublikası ərazısındə səfərləri ilə əlaqədar xərcləri ödəmir.

3. Əcnəbi vətəndaş aşağıdakıları öz öhdəsinə götürür:

  • ali məktəb Azərbaycan Respublikasi Təhsil   Nazirliyinin (Əcnəbi vətəndaş-ların hazırlıq fakültəsində təhsili haqqında) Əsasnaməsində göstərilən sənədləri  təqdim edir;
  • əcnəbi tələbə üzürsüz səbəbdən dərs buraxmamalı, tədris proqramında nəzərdə tutulan kurs işi, zaçot və imtahanları müəyyən edilmiş vaxtda verməlidir;
  • əcnəbi tələbə kursda saxlanıldıqda həmin il üçün yenidən təhsil haqqını ödə-məlidir;
  • təhsil müəssisəsinin daxili qaydalarına riayət edir, onun əmlakının korlanmasına yol vermir, təqsiri üzündən təhsil müəssisəsinə verilmiş ziyanı ödəyir;
  • bütün təhsil müddətini müqavilədə göstərilən ödənişli əsaslarla davam etdirir.

4. Ali məktəb aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanmış müqaviləni ləvğ etmək hüququna malikdir:

  • daxili intizam qaydaları kobud surətdə pozulduqda, təhsil haqqı göstərilən müddətdə ödənilmədikdə, əcnəbi vətəndaş cinayət məsuliyyətinə cəlb olunduqda;
  • əcnəbi vətəndaşın Azərbaycan Respublikasında qalması qaydaları pozulduqda.

5. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbə görə təhsilini təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən səbəblərdən ali məktəbdən xaric olunduğu təqdirdə ödənilməsi təhsil haqqı geri qaytarılmır.

6. Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilir;

  •  xüsusi hallarda Azərbaycan Respublikası Arbitraj məhkəməsində baxılır.

7. Əcnəbi vətəndaşın ali məktəbə qəbul olması haqqında əmr təhsil haqqı bank hesabına keçirildiyi və müvafiq müqavilə bağlandıqdan sonra 20 gün ərzində verilir.

8. Əcnəbi vətəndaşa arayış və digər sənədlər təhsil aldığı dildə və müvafiq formada verilir.

9. Müqavilə ilə bağlı dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə edilir və hər iki tərəf imzaladıqdan sonra QÜVVƏYƏ MİNİR.

10. Müqavilə imzalandiği tarixdən 10 gündən gec olmayaraq ali məktəb tərəfindən Azərbaycan Respublikasi Təhsil   Nazirliyinə təqdim edilir və burada  qeydiyyatdan keçdiyi gündən qüvvəyə minir.

11. Müqavilə Azərbaycan dilində 3 nüsxədə tərtib olunmuş və imzalanmışdır. Hər üç müqavilə eyni hüquqi qüvvəyə malikdir. Müqavilənin bir nüsxəsi ali məktəbdə, ikinci nüsxəsi əcnəbi vətəndaşın özündə, üçüncü nüsxə isə Azərbaycan Respublikasi Təhsil   Nazirliyində saxlanılır.

Ali məktəb tərəfindən                                  Əcnəbi vətəndaş tərəfindən

Rektor :                                                         ____________________