Sayt xəritəsi

ELM VƏ TƏHSİL



DİSSERTASİYA ŞURASI

Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurası 1997-ci ildə yaradılmışdır. Fəaliyyətinin ilk mərhələsində bu Şurada Azərbaycan ədəbiyyatı və Azərbaycan dili ixtisasları üzrə namizədlik dissertasiyalarının müdafiəsi keçirilmişdir. Sonrakı mərhələdə Şuranın tərkibi və əhatəsi genişlənmiş, Vətən tarixi, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasları da əlavə olunmuşdur.

Hazırda Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən FD.02-121 və FD.02-122 Dissertasiya Şuraları mövcuddur.  Universitetin rektoru, professor Saleh Məhərrəmovun sədrlik etdiyi Şuranın tərkibinə universitet alimləri ilə yanaşı, Bakıdakı elm və təhsil qurumlarından da mütəxəsisslər daxil edilmişdir.


Dissertasiya Şurasında aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiələri keçirilir: 2413.01-Entomaologiya, 2429.01-Parazitologiya, 5716.01-Azərbaycan ədəbiyyatı, 5718.01-Dünya ədəbiyyatı, 5706.01-Azərbaycan dili, 6213.01-Musiqi sənəti.

İndiyədək Dissertasiya Şuralarında 150 nəfərdən artıq tədqiqatçı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Həmçinin əlavə mütəxəssislər daxil edilməklə 20-yə qədər tədqiqatçının uyğun ixtisaslar üzrə elmlər doktoru elmi dərəcəsi alması üçün dissertasiya müdafiəsi təşkil olunmuşdur.