Sayt xəritəsi

ELM VƏ TƏHSİL



ƏLAVƏ ALİ TƏHSİL

Naxçıvan Dövlət Universitetinin bəzi fakültələrində qiyabi yolla əlavə ali təhsil həyata keçirilir. Əlavə ali təhsilin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 saylı qərarı ilə təsdiq olunmuş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə ali təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydaları” na müvafiq olaraq aparılır.
Əlavə ali təhsil barədə mətbuatda müvafiq elan verildikdən sonra sənəd qəbulu keçirilir. Əvvəlki ali təhsili  və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən əlavə təhsil almaq üçün müraciət edə bilirlər.Sənəd qəbulundan sonra aid komissiya sənədlərin təlimata uyğunluğunu bir daha yoxlayıb həmin şəxslərin müsabiqəyə buraxılması barədə qərar qəbul edir. Müsabiqəyə buraxılmış şəxslərlə ixtisaslar üzrə müsahibələr  aparılır. Müsahibələrdən uğurla keçənlər ixtisaslar üzrə uyğun kursa qəbul edilirlər. Əlavə ali təhsil mövcud standartlara uyğun hazırlanmış və təsdiqlənmiş  tədris planları əsasında təşkil olunur.

Universitetdə aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil həyata keçirilir:

-Tarix müəllimliyi
-Azərbaycan dili və ədəbiyyat müəllimliyi
-Riyaziyyat və informatika müəllimliyi
-Biologiya müəllimliyi
-Kimya müəllimliyi
-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
-Beynəlxalq münasibətlər
-Xarici dil müəllimliyi (ingilis dili)
-Hüquqşünaslıq
-İqtisadiyyat
-Mühasibat uçotu və audit
-Musiqişünaslıq