Sayt xəritəsi

ELM VƏ TƏHSİL



DİSTANT TƏHSİLİ

Azərbaycan təhsil sistemində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də distant təhsilin tətbiqi işinə yeni başlanılmışdır. Bunun üçün universitet Elmi Şurasında geniş müzakirələr keçirilmiş, distant təhsilin təşkili barədə dünya təcrübəsindən nümunələr öyrənilmişdir.

Universitetin İqtisad fakültəsinin qiyabi şöbəsində (əlavə ali təhsil) distant təhsilin tətbiqi üçün ilkin hazırlıq işlərinə başlanılmışdır. O cümlədən, müvafiq informasiya- kommunikasiya texnologiyaları avadanlıqları ilə təminat həyata keçirilmiş, ilkin metodiki bazanın hazırlanması istiqamətində işlər görülmüşdür.

Naxçıvan Dövlət Universitetinin doktorantları və dissertantları üçün 2011-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə universitet arasında distant təhsil həyata keçirilir.

Əlavə təhsil və qiyabi təhsil üzrə də distant təhsilin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır.