Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



KONSERVATORİYA

Naxçıvan Dövlət Universitetinin Konservatoriya korpusu 2007-ci ildə ali məktəbin 40 illik yubileyi günlərində istifadəyə verilmişdir. 17 oktyabr 2011-ci il tarixdə keçirilən təntənəli açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev demişdir: «Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Bu gün açılışına toplaşdığımız yeni konservatoriya binası, deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir».
Universitetin 1998 – ci ildən fəaliyyət göstərən İncəsənət fakültəsi bütövlükdə Konservatoriyanın binasında yerləşir. Burada kafedraların normal fəaliyyəti, yüksək səviyyəli mütəxəssis hazırlığı üçün hər cür şərait yaradılmışdır. Konservatoriya korpusunda 240 nəfərlik konsert salonu, müxtəlif musiqi ixtisasları və alətləri üzrə fərdi siniflər, müvafiq mühazirə otaqları müəllim və tələbələrin istifadəsindədir.

Konservatoriyada müntəzəm şəkildə konsertlər, müsiqili-ədəbi kompozisiyalar təşkil olunur. Musiqi kafedralarının hər birinin hesabat konsertləri, ayrı-ayrı müəllim və tələbələrin solo konsertləri keçirilir. Hər il müxtəlif ixtisaslar üzrə birinci kursa qəbul olunmuş tələbələrin də konserti dinlənilir, istedadlı ifaçılar müvafiq diqqət və qayğı ilə əhatə olunurlar.

Konservatoriyanın foyesində müntəzəm olaraq rəsm əsərlərinin sərgisi təşkil olunur.