Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



TƏLƏBƏ OPERA STUDİYASI

Naxçıvan Dövlət Universitetinin Tələbə opera studiyası 2002-ci ildən İncəsənət fakültəsinin nəzdində fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Fortepiano kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səidə Müslüm qızı Məmmədova olmuşdur. Hazırda studiyaya İncəsənət fakültəsinin III kurs tələbəsi Səməd Əsgərov rəhbərlik edir.


Studiya fəaliyyətə dahi bəstəkar Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasından bir parçanı tamaşaya hazırlamaqla başlamışdır. Sonra dahi bəstəkarın «Arşın mal alan» əsəri bütövlükdə tamaşaya qoyulmuşdur. Operetta universitet səhnəsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müxtəlif şəhər və rayonlarında, eləcə də Bakıda, həmçinin Rusiya Federasiyasının Novosibirsk, Türkiyənin Qars, İğdır, Ərdəhan, Gürcüstanın Axaltsixi  şəhərlərində də uğurla nümayiş etdirilmiş, maraqla qarşılanmışdır. Tamaşalarda rolların əksəriyyətini tələbələr ifa edirlər.