Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



İNNOVASİYALARIN ÖTÜRÜLMƏSİ MƏRKƏZİ

4 noyabr 2011-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin tərəfdaş kimi çıxış etdiyi “İnnovasiyaların işgüzarlığa çevrilməsində  universitetlərin rolunun artırılması (qısa adı UnIvEnt)” (511337-TEMPUS-1-2010-1-DE-TEMPUS-JPHES)  TEMPUS layihəsi çərçivəsində istifadəyə verilmişdir. 


Layihənin  konsorsiumunda Azərbaycan, Almaniya, Özbəkistan, İspaniya və Portuqaliyadan olan ali təhsil müəssisələri və biznes qurumları tərəfdaş kimi iştirak edir. Mərkəzin fəaliyyət planının əsas istiqaməti regionun biznes və sahibkarlıq qurumları ilə universitet arasında əlaqələri möhkəmləndirmək,  sahibkarları dünya alimləri tərəfindən  əldə edilən innovativ texnologiyalarla tanış etməkdir. Mərkəzdə yerli və xarici mütəxəsisslər tərəfindən  müxtəlif istiqamətləri əhatə edən kurslar da təşkil olunur.

Mərkəzin meneceri və 5 icraçısı var.