Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



KOREYA MƏRKƏZİ

Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya Mərkəzi 11 noyabr 2011-ci il tarix­də istifadəyə verilmişdir. Açılış mərasimində akademik İsa Həbibbəyli Cənubi Koreya Respublika­sı­nın Azər­bay­jandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji Han, Cənubi Kore­ya­nın Kim­çonq Universitetinin rektoru, xanım Sunq Aj Kanq, Beynəlxalq əla­qələr şöbə­si­nin müdiri Hee Cun Lee və köməkçisi David K.H.Leenin iştirak etmişdir.

Cənubi Koreya Mərkəzində Koreyanın dövlət atributları, milli musi­qi alətləri, eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasi­tə­­ləri toplanmışdır. Mərkəzin müasir informasiya texnologiyaları, Koreya di­lin­də ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır.

Cənubi Koreyanın Rim Çenq Universiteti Koreya Mərkəzinə tədris ləvazimatları, milli geyimlər və musiqi alətləri bağışlamışdır.

Koreya Respublikasının KOICA - qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən dövlət agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim İnsuk də 2011-ci ilin dekabr ayında Naxçıvan Dövlət Universitetində olmuşdur. Koreyanın bu dövlət agentliyinin partnyorluq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur.

Koreyanın KOICA dövlət agentliyi Naxçıvan Dövlət Universiteti üçün elektron idarəetmə və təhsil şəbəkəsi layihəsini həyata keçirir.

Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş mərasimlər keçirilir.

2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dilini öyrədən kurslar açılmışdır.