Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



ÜMUMİ MƏLUMAT

Naxçıvan Dövlət Universitetində ali məktəb mətbuatının yaranması Azərbaycanın müstəqillik ərəfəsində keçdiyi tarixi dövrə təsadüf edir. 15 oktyabr 1991-ci ildə nəşrə başlayan “Fikir” adlı universitet qəzeti milli-tarixi proseslərin işığında meydana çıxan, Azərbaycan ali təhsil sistemində çap olunan ilk mətbuat orqanı kimi xüsusi əhəmiyyət kəsb edir. 1997-ci ildə universitet nəzdində “Qeyrət” nəşriyyatının yaranması isə mətbuat işinin konturlarının yalnız qəzetlə məhdudlaşmayacağını və davamlı inkişaf və tərəqqini xarakterizə edirdi.

İnformasiya və multimedia əsri sayılan XXI əsr öz gəlişi ilə universitetdə mətbuatın da inkişafını sürətləndirərək onu operativ və dinamik bir sahəyə çevirdi. 2000-ci ildə universitetdə mətbuat xidmətinin yaradılması ilə ali təhsil ocağının ictimaiyyətlə əlaqələri quruldu. 2009-cu ildə mətbuat xidməti əsasında mətbuat şöbəsinin təşkili bu sahədə fəaliyyəti daha da genişləndirdi və təkmilləşdirdi.

2001-ci ildən universitetdə Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanılması,  2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasının təşkili isə bu sahədə işlərin sistemli və mütəşəkkil aparılmasını şərtləndirdi.

2006-cı ildən ayrıca kanalda yayımlanması nəzərdə tutulan Universitet televiziyasının yaradılması nəzəri biliklərin informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə tədrisinə, ali məktəb həyatının işıqlandırılmasına böyük təkan vermiş oldu.

Studiya, rejissor və montaj otaqları, redaksiya otağı, auditoriyalardan ibarət olan televiziya Naxçıvan MR Ali Məclisinin Sədri, cənab Vasif  Talıbovun diqqət və qayğısı ilə ən son texniki avadanlıqlarla təchiz edilib. Televiziyanın hazırladığı elmi-maarifçilik proqramları tələbə gəncliyin inkişafında önəmli rol oynayır.

Universitet televiziyasının 2010-cu ildə Tiblisi şəhərində keçirilən Kentavr beynəlxalq film festivalında iştirakı və uğurla təmsil olunması tələbə və müəllimlərimizin operator, rejissor və montaj işinə, sənədli filmlərin çəkilişi üçün qoyulan tələblərə daha məsuliyyət və həvəslə yanaşmasını tövsiyə edir.

Dövlət qayğısı və universitet rəhbərliyinin təşəbbüsü ilə televiziyanın davamlı fəaliyyət göstərməsi üçün lisenziya alınıb, universitet televiziyasında hazırlanan verilişlərin şəhər daxilində yayımlanması üçün tezlik ayrılıb.

2011-ci il universitetin mətbuat tarixində yaddaqalan illərdən birinə çevrilmişdir. Belə ki, 2011-ci ilin aprel ayından nəşrə başlayan “Yeni Fikir” qəzeti, yeni yaradılan “Nuhçıxan” adlandırılan universitet radiosu, yenidən qurulan universitet televiziyası (UTV), əyani vasitələr, multimedia və audio-vizual texniki imkanlarla zəngin televiziya və radio tədris kabinələri, mətbuat xidməti və jurnalistika kitabxanasını özündə cəmləşdirən Media Mərkəzinin açılması universitet mühiti üçün əlamətdar hadisədir. Media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsinə, nəzəri biliklərin praktik tətbiqinə nail olmaları üçün hər bir şərait yaradılıb. Naxçıvan Dövlət Universitetində ali məktəb mətbuatının yaranması Azərbaycanın müstəqillik ərəfəsində keçdiyi tarixi dövrə təsadüf edir. 15 oktyabr 1991-ci ildə nəşrə başlayan “Fikir” adlı universitet qəzeti milli-tarixi proseslərin işığında meydana çıxan, Azərbaycan ali təhsil sistemində çap olunan ilk mətbuat orqanı kimi xüsusi əhəmiyyət kəsb edir. 1997-ci ildə universitet nəzdində “Qeyrət” nəşriyyatının yaranması isə mətbuat işinin konturlarının yalnız qəzetlə məhdudlaşmayacağını və davamlı inkişafın xarakterizə edən unikal hadisə idi.

Məlum olduğu kimi, universitetin Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA)  ilə birgə həyata keçirdiyi “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi uğurla tamamlanmışdır ki, layihənin ikinci mühüm tərkib hissəsi məhz rəqəmsal multimedia infrastrukturu ilə bağlı idi. Layihə çərçivəsində “Universitet” televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə geniş imkanlar açıb. Bu məqsədlə televiziya müasir texnologiyalarla təchiz olunub, burada virtual studiya quraşdırılıb. Yeni qurulmuş sistem idarəetmə, server otağından və və studiya otaqlarından ibarətdir. Sistemin qurulmasında əsas məqsəd universitetdə distant təhsilə keçid və elektron universitetin yaradılması ilə bağlıdır. İdarəetmə otağında kontentlər – videodərslər xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılır, universitetin internet portalındakı müəllimlər üçün ayrılmış “Elektron mühazirə” bölməsinə yerləşdirilir. Hazırda “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda yayımlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 24 fevral 2015-ci il tarixdə layihənin aşılış mərasimində iştirak edərək qonaqlarla birgə 5 km radiusunu əhatə edən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun yayımlarını, koreyalı mütəxəssilərlə birgə hazırlanana kontent nümunəsini izləyib. Ali Məclisin Sədri Media Mərkəzində olarkən universitetdə jurnalistika ixtisası üzrə kadr hazırlığı ilə bağlı verdiyi tapşırıqlar universitetin Media mərkəzinin gələcək fəaliyyət istiqamətini müəyyənləşdirməkdədir.