Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



"NUHÇIXAN" RADİOSU

Naxçıvan Dövlət Universitetində “Nuhçıxan” radiosu 20 iyul 2011-ci il tarixdə fəaliyyətə başlayıb.
Radionun yaradıcı heyəti universitetin jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarətdir. Radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır.

Gələcəyin jurnalistləri olacaq tələbələr üçün bu radio əsl formalaşma məktəbidir.

“Nuhçıxan” radiosu universitetlə yanaşı 5 km ərazidə də yayımlanır.