Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



"FİKİR" İNFORMASİYA BÜLLETENİ

Naxçıvan Dövlət Universitetinin ilk mətbu orqanı 1991-ci ildə rəsmi qeydiyyata alınaraq nəşrə başlayan “Fikir” qəzetidir.1997-ci ilədək 44 sayı çap olunan qəzet 1998-ci ildən “Fikir” informasiya bülleteninə çevrilmişdir.

  

 




Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunu, bu ali təhsil ocağında gedən yeniləşmə proseslərini öyrənmək istəyənlər üçün “Fikir” informasiya bülleteni mühüm əhəmiyyətə malik olan mənbədir. Ali məktəb həyatının tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr, mədəniyyət, idman və s. yenilikləri bülletendə layiqincə işıqlandırılır. Rəngli çap olunan bülletendəki müvafiq fotoşəkillər informasiyalardan alınan təəssüratı uğurla tamamlayır.

“Fikir” informasiya bülleteninin baş redaktoru Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmovdur.