Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



"UNİVERSİTET DÜNYASI" MUZEYİ

Bu muzey Naxçıvan Dövlət Universitetinin yarandığı gündən indiyə qədərki tarixi inkişaf yolunu əks etdirir.
   

"Universitet dünyası" muzeyi 1997-ci il oktyabr aymda universitet Elmi Şurasmm qərarı ilə yaradılmış və 200 eksponatla fəaliyyətə başlamışdır. Muzeyin hazırda 1000-dən artıq eksponatı vardır. Burada toplanan sənədlər, foto şəkillər, elmi əsərlər, məqalələr, dəvətnamələr, elmi nailiyyətlərə görə verilmiş mükafatlar və başqa eksponatlar elmi və pedaqoji fikir tariximizin nadir yadigarları kimi qorunur. «Universitet dünyası» muzeyi ali məktəbin inkişaf yolunu, qazandığı nailiyyətləri ətraflı şəkildə əks etdirir.

31 oktyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin 30 illik yubiley tədbirlərində iştirak edən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov "Universitet dünyası" muzeyinin açılışında iştirak etmiş və öz fikirlərini aşağıdakı kimi ümumiləşdirmişdir:

"Naxçıvan Dövlət Universitetinin tarixini əks etdirən muzeyə həvəslə baxdım. İşiniz təqdirəlayiqdir və bu, davam etdirilməlidir”.

«Universitet dünyası» muzeyinin müdiri filologiya üzrə fəlsəfə doktoru Abbas Hacıyevdir.