Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



BOTANİKA MUZEYİ

Universitetdə Botanika muzeyi 2003-cü ildə təşkil olunmuşdur. Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tərkibində fəaliyyət göstərir.

Muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində bitən 200-dən çox bitkinin herbarisi və həmin bitkilər haqqında müvafiq elmi məlumatlar vardır. Burada dərman bitkilərinə, həmçinin «Qırmızı kitab»a düşmüş bitkilərə aid ayrıca bölmələr təşkil olunmuşdur.

Botanika muzeyinə universitetin «Botanika» kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Musa Piriyev rəhbərlik edir.