Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



"MƏKTƏB TARİXİ" MUZEYİ

3 noyabr 1997-ci il tarixdə "Məktəb tarixi kabineti" adı ilə fəaliyyətə başlamışdır. Kabinet 18 may 2007-ci il tarixdə universitet Elmi Şurasının qərarı ilə "Məktəb tarixi"  muzeyi adlandırılmışdır. Məktəb tarixi muzeyi əsas etibarı ilə məktəb və pedaqoji fikir tarixində layiqli yer tutan ictimai-siyasi xadimlər və pedaqoqların sənədləri əsasında yaradılmışdır.

Muzey pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün əsas tədris mərkəzlərindəndir. Burada pedaqoji fikir tarixində layiqli yer tutan N. Gəncəvi, N.Tusi, X. Şirvani, M. Füzuli, M. F. Axundov, S.Ə.Şirvani, M. Ə. Sabir, S.M.Qənizadə, N. Nərimanov, M. T. Sidqi, H.Cavid, M. H. Şəhriyar və başqalarının portretləri və onların təlim-tərbiyə haqqında fikirləri verilmişdir.

Muzeydəki Qori Müəllimlər Seminariyasında təhsil almış görkəmli ziyalıların şəkilləri, Zaqafqaziya Müəllimlər İnstitutunun 1907-ci il buraxılışı və Naxçıvan 1 saylı natamam orta məktəbinin 1936-37-ci tədris ili məzunlarının fotoları maraq doğurur. Naxçıvanda açılmış məktəblərin inkişaf tarixini  əks etdirən stendlər də diqqətəlayiqdir. Burada Naxçıvanda təhsilin inkişaf tarixinə həsr olunmuş bölmə, həmçinin vaxtilə universitetdə təhsil almış və elmi dərəcə qazanmış alimlərin fəaliyyətini əks etdirən stendlər  də vardır.