Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



İDMAN MUZEYİ

Naxçıvan Dövlət Universitetinin idman muzeyi 2000-ci ildə yaradılmışdır. Muzey Pedaqoji fakültənin tərkibində fəaliyyət göstərir.


Bu muzeydə universitetin idmançı tələbələrinin respublika, muxtar respublika və beynəlxalq yarışlarda qazandığı kubok, fəxri fərman və diplomlar nümayiş etdirilir. Onların arasında tələbələrimizin Avropa Universitetlərinin futbol çempionatında (Ukrayna, Polşa) və Qafqaz universitetləri olimpiadasında (Türkiyə, Qars) qazandıqları kuboklar xüsusi əhəmiyyətə malikdir.

Muzeydə nümayiş etdirilən eksponatlar içərisində futbol, badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən Naxçıvan Muxtar Respublikası birinciliklərində universitet komandalarının qazandığı nailiyyətlərlə bağlı kuboklar, diplomlar, «Universitet» futbol komandasının müxtəlif illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan Muxtar Respublika turnirlərinin qalibi kimi qazandığı kuboklar, super kuboklar da nümayiş etdirilir.

İdmançılarımızın Türkiyə Cümhuriyyətində və İran İslam Respublikasında keçirilən yarışlarda qazandığı mükafatlara da muzeydə müvafiq guşə ayılmışdır.
 
İdman muzeyinə «Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq» kafedrasının müdiri Məmmədəli Rəhimov rəhbərlik edir.