Sayt xəritəsi

TƏLƏBƏ TƏŞKİLATLARI



TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI

Naxçıvan Dövlət Universitetində 1998-ci ilin may ayında təsis olunmuş Universitet Gənclər Təşkilatı fəaliyyət göstərir.



Təşkilatın fəaliyyətinin əsas istiqamətləri bunlardır:

Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması; gənclər arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi; onların asudə vaxtının səmərəli təşkil edilməsi; respublika daxilində və xaricdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı gənclərin iştirakının təşkil edilməsi; tələbələrin iştirakı ilə mesabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, dəyirmi masaların, elmi konfransların, təlim kurslaının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görləmli şəxsiyyətlərlə görüşlərin təşkil edilməsi və s.

Tələbə Gənclər Təşkilatının ali qurumu 15 nəfərdən ibarət olan İdarə heyətidir.

İdarə heyətinin üzvləri eyni zamanda fakültə təşkilatlarının rəhbərləridirlər.

Universitet gənclər təşkilatının sədri tarix ixtisaslaşması üzrə doktorant Arzu Kamal oğlu Abdullayevdir.