Sayt xəritəsi

TƏLƏBƏ TƏŞKİLATLARI



TƏLƏBƏ HƏMKARLAR TƏŞKİLATI

Tələbə həmkarlar təşkilatı öz nizanmaməsi və funksiyaları daxilində universitet rəhbərliyinin gündəlik qayğısı sayəsində tələbələrin dərsə davamiyyəti, nizam-intizam qaydalarına əməl etməsi, onların sosial müdafiəsi, asudə vaxtının səmərəli təşkili, iaşə xidmətinin yüksəldilməsi, tələbələrlə tərbiyəvi söhbətlərin və mədəni-kütləvi tədbirlərin keçirilməsi, qabiliyyətli tələbələrin aşkar olunması və onlara köməklik göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Təşkilat həmçinin Tələbə evinə ehtiyacı olan tələbələrə yer ayrılması barədə rektora təqdimatlar hazırlayır, Tələbə evində yaşayanlar üçün orderlər tərtib edir və təsdiqləyir, Tələbə evində intizam qaydalarına əməl olunmasına nəzarət edir.

Tələbə həmkarlar təşkilatının sədri Kamal Nadir oğlu Məmmədlidir.