Sayt xəritəsi

TƏLƏBƏ TƏŞKİLATLARI



SIFE

1975-ci ildə ABŞ universitetləri tərəfindən əsası qoyulmuş SİFE  (Students İn FREE Enterprise – Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) ali təhsil müəssisələri və biznes strukturları arasında qlobal partnyorluq, tərəfdaşlıq və əməkdaşlıq təşkilatlarıdır. Dünya universitetləri arasında belə əlaqələrin qurulması nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdiyi bilikləri digərləri ilə bölüşdürürlər.


Naxçıvan Dövlət Universitetində Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində (SİFE) komandası 2008-ci ildə yaradılmışdır. Elə həmin ildən Azərbaycan ali məktəblərinin birinciliklərində iştirak edən komanda 2010-cu ildə ölkə çempionu adını qazanmış, ABŞ-ın Los Angeles şəhərində keçirilən dünya çempionatında Azərbaycanı layiqincə təmsil etmişdir.


2011-ci ildə Naxçıvan Dövlət Universitetinin komandası yenə ölkə çempionu olmuş və oktyabr ayında Malaziyanın Kuala-Lumpur şəhərində keçirilən dünya çempionatında ölkəmizi təmsil etmiş, uğurlu nəticə qazanmışdır.


Naxçıvan Dövlət Universitetinin SİFE komandasına Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika-riyaziyyat elmləri namizədi, dosent Elşən Neymət oğlu Məmmədov rəhbərlik edir.