Sayt xəritəsi

ELM VƏ TƏHSİL



FAKÜLTƏ HAQQINDA

Naxçıvan Dövlət Universitetində 1999-cu ildə “Pediatriya”, 2007-ci ildə “Tibbi profilaktika” və 2011-ci ildə "Müalicə işi", 2012-ci ildə isə "Stomotologiya və "Əczaçılıq" ixtisasları yaradılmışdır.Səhiyyə sistemində aparılan islahatla əlaqədar olaraq respublikamızda “Pediatriya”ixtisası ləğv olunduğunmuşdur.

Təhsil müddətində tələbələr yuxarı kurslarda (II, III, IV, V) praktiki vərdişlərə yiyələnmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyə Cümhuriyyətinin  Kayseri Erciyes, Ərzurum Atatürk, Elazığ Fırat, Van Yüzüncü Yıl, Kars Kafkaz, Ankara Universitetlərinin Tibb fakültələrinin klinik xəstəxanalarında peşə təcrübələri keçirlər.
Fakültədə 4 kafedra fəaliyyət göstərir.

Fakültə dekanı: biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Sabir oğlu Əsədov

Tədris və Müalicə işləri üzrə dekan müavini: Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru, dosent – Malikəjdər Qasımxan oğlu İbrahimov

Fakültə tərkibində kliniki xəstəxana fəaliyyət göstərir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə kadr  hazırlığı həyata keçirilir:

  • Müalicə işi
  • Tibbi profilaktika
  • Əczaçılıq
  • Stomotologiya