Sayt xəritəsi

ELM VƏ TƏHSİL



FAKÜLTƏ HAQQINDA

Pedaqoji fakültə 1984-cü ilin sentyabr ayından təşkil olunmuş “İbtidai təlim və məktəbəqədər tərbiyə” fakültəsinin bazası əsasında yaradılmışdır.

Fakültə tələbələri Ali məktəb tələbələrinin Respublika birinciliklərində də uğurla çıxış edirlər. Qızlardan ibarət badminton kamandasının əsasını təşkil edən Pedaqoji fakültənin tələbələri 2004, 2006, 2007-ci illərdə Azərbaycan ali məktəb tələbələrinin Respublika birinciliklərinin qalibi olmuşlar.

Universitet futbol kamandasının əsasını təşkil edən fakültə idmançıları Muxtar Respublika üzrə keçirilən futbol çempionatında 2004, 2005-ci illərdə birinci yer, 2006-cı ildən isə ikinci yer tutmuşlar. Futbol komandamız 2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 80 illiyinə həsr olunmuş turnirin qalibi, 2005-ci ildə Muxtar Respublika kubokunun sahibi, 2007-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə turnirinin qalibi olmuşlar.
  

Əliyev Tayfur Nəriman oğlu Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman ixtisası üzrə III kurs tələbəsi, boks üzrə idman ustası:

2 dəfə Avropa çempionu, 1 dəfə Avropa ikincisi, 1 dəfə Avropa üçüncüsü, 2 dəfə Beynəlxalq turniri qalibi, 1dəfə Dünya çempionatının iştirakçısı, Bakı 2015-in üçüncüsü, 6 dəfə Azərbaycan çempionu.

 

Əliyev Sərxan Nəriman oğlu Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi, boks üzrə idman ustası:

1 dəfə Avropa çempionu, Yeniyetmələr arasında Dünya çempionatının iştirakçısı,1 dəfə  Beynəlxalq turnirin qalibi, 1 dəfə İpək yolu Beynəlxalq turnirin qalibi, 4 dəfə Azərbaycan çempionu 
 
Fakültədə 5 kafedra fəaliyyət göstərir.
 
 
Fakültə dekanı: pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Heydər oğlu Əliyev

Tədris işləri üzrə dekan müavini: pedaqogika üzrə fəlsəfə doktoru, dosent İbrahim Murad oğlu Rüstəmov

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

  • Texnologiya müəllimliyi
  • Fiziki tərbiyə  və çağırışaqədərki hazırlıq müəllimliyi
  • Bədən tərbiyəsi və idman