Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



RƏQS QRUPU

Naxçıvan Dövlət Universitetinin mədəniyyət mühitində 2005-ci ildən fəaliyyət göstərən rəqs qrupunun özünəməxsus yeri vardır. Qrupun repertuarında Azərbaycan xalq rəqsləri geniş yer tutur.


Rəqs qrupu universitetdə keçirilən mədəni-kütləvi tədbirlərdə maraqlı və rəngarəng proqramlarla çıxış edir. Müxtəlif ixtisaslarda təhsil alan oğlan və qızlardan ibarət rəqs qrupu Naxçıvan Muxtar Resprublikasının şəhər və rayonlarında, eləcə də Türkiyə cümhuriyyətinin müxtəlif şəhərlərində uğurlu qastrol səfərlərində olmuşdur.

Tələbə rəqs qrupuna universitetin «Teatr və mədəniyyətşünaslıq» kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova rəhbərlik edir.