Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



XƏSTƏXANA

Naxçıvan Dövlət Universitetində 1999-cu ildən tibb ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. 2001-ci ildən isə Universitetin Tibb fakültəsinin tərkibində xəstəxana fəaliyyət göstərir. Xəstəxanada üç şöbə vardır: pediatriya, terapiya və cərrahiyyə.



Otuz çarpayılıq xəstəxanada xəstələrin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılmışdır. İndiyədək yüzlərlə xəstə burada müalicə almış, yaxud uğurlu cərrahiyyə əməliyyatları aparılmışdır.

Xəstəxana həm də geniş tədris imkanlarına malikdir. Tibb fakültəsinin tələbələri bir sıra praktik dərsləri xəstəxanada keçirlər.

Müxtəlif vaxtlarda xarici ölkələrdən gəlmiş nüfuzlu alimlər, həkim-mütəxəssislər tibb fakültəsində, o cümlədən  xəstəxanada olmuş, təcrübə mübadiləsi aparmış, tədris və müalicə işlərində iştirak etmişlər.

Xəstəxananın baş həkimi Yaşar Rza oğlu Rzayevdir.