Sayt xəritəsi

ELM VƏ TƏHSİL



TYUTOR XİDMƏTİ

Naxçıvan Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunub.

Tyutorların sayı fakültələr üzrə təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir. Bu zaman hər bir tyutora 100-dən az olmamaq şərti ilə tələbə müəyyənləşdirlir.

Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan  şəxslərdən seçilir.

Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.

Tyutorlar:
  • tələbələrin akademik maraqlarını qoruyur və  müdafiə edirlər;
  • tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
  • tələbələrin fərdi və işçi planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
  • müəyyən olunmuş müddətdə tələbələrin fərdi planlarının qəbulunu təşkil edirlər və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi planlarının tərtibində iştirak edirlər;
  •  tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər.
Naxçıvan Dövlət Universitetində 11 fakültə üzrə 11 tyutor işə cəlb olunmuşdur.