Sayt xəritəsi

ELM VƏ TƏHSİL



TƏLƏBƏ MOBİLLİYİ

Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaqla təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri təhsilalanla göndərən və qəbul edən ali təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən tanımalıdır.
 
Digər ali təhsil müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30%-ni aşmamalıdır.

Tələbənin akademik mobilliyinin ali təhsil müəssisələri arasında təmin edilməsi üçün aşağıdakı sənədlər nəzərdə tutulur:

  • akademik transkript (forma 7)
  • tələbənin ərizə (təhsil alacağı dildə doldurulur)  forması (forma 8)
  • tədris razılığı (forma 9)
  • məlumat paketi (əlavə 1)