Sayt xəritəsi

ELM VƏ TƏHSİL



ƏSAS ANLAYIŞLAR

Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.

İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir.

İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir.

İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış sənəddir.

Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.

Müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriyaya) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir.

Tələbənin sərbəst işi – tələbənin fərdi şəkildə nəzərdə tutulmuş tapşırıqları sərbəst və müəllimin rəhbərliyi altında auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir.

Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tədris məsləhətçisidir.

Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssislərində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur.

AKTS (Avropa Kredit Transfer Sistemi) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma trayektoriyasını müəyyənləşdirən sistemdir. Bu sistem həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.

Prerekvizit fənlər – öncə tədrisi zəruri olan fənlər.

Korekvizit fənlər – tədrisi paralel olaraq tövsiyə olunan fənlər.

Transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir.

Fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur.

Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG təlbənin tədris fəaliyytini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmk məqsdilə tətbiq edilir.

Akademik təqvim – ali təhsil müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir.
 
Müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunanbütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir.