Sayt xəritəsi

ELM VƏ TƏHSİL



YAY MƏKTƏBİ

  1. Yay semestri aşağıdakı məqsədlərlə yaradılır:

    • akademik borcların ləğv edilməsi;
    • fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş seçmə fənlərin kreditlərinin qazanılması;
    • müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
    • ali məktəbin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditləri qazanmasına şərait yaratması.

  2. Yay semestri (nəzəri təlim və imtahanlar) 6 (altı) həftə olmalıdır.  İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla yay semestrinin sonuncu həftəsində təşkil olunmalıdır.

  3. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-u aşmamalıdır.

  4. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalana qədər başa çatdırılır.

  5. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.

  6. Tələbə yay semestrində iştirak etməsindən asılı olmayaraq payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir.

  7. Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, yay semestrində qiymətini yüksəltmək üçün həmin fənn üzrə yenidən dərslərdə iştirak edib imtahan verə bilər.

  8. Ali təhsil müəssisələrində yay semestri ödənişli əsaslarla həyata keçirilir.

  9. Yay semestrində tələbənin fənn üzrə 1 (bir) kreditinin ödənişi ali məktəbin bütün ixtisaslar üzrə həmin ilə dövlət sifarişi ilə ayrılmış məbləğin orta qiymətini 60-a (illik kreditin sayına) bölməklə  müəyyənləşir.

  10. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını ali təhsil müəssisəsi öz maliyyə imkanını nəzərə alaraq müəyyənləşdirir.

  11. Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin 25%-dən az olmamaq şərti ilə əlavə vəsait verilir.

  12. Yay semestrində əldə olunan vəsaitin ən azı 15%-i 1.11 bəndində göstərilənlər istisna olmaqla rektorun əmri ilə buraya cəb olunan digər əməkdaşların əmək haqlarını ödəmək üçün müəyyənləşdirilir.