Sayt xəritəsi

ELM VƏ TƏHSİL



TƏLƏBƏLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Tələbə öz fərdi tədris planını tərtib edərkən bu "Qaydalar"la tanış olmalı və onlara ciddi riayət etməlidir.

Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə tədris olunan fənləri mənimsəməyə borcludur.

Fənn üzrə ayrılmış auditoriya saatlarının 30%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Tələbə ali məktəbdən aşağıdakı hallarda xaric olunur:
  • üzrsüz səbəbdən semestr müddətində tədris olunan bütün fənlərə ayrılmış ümumi auditoriya saatların 30%-dən çoxunu buraxdıqda;
  • ali təhsil müəssisəsinin daxili intizam qaydaları ilə müəyyənləşdirilmiş digər hallarda.
Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan krediti yığa bilmədiyi halda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş hüquqları saxlanılmaqla digər imtiyazlarını itirir. Bu zaman o, tələbələr sırasından xaric olunmur və kontingent sırasında saxlanılmaqla təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişi ixtisas (ixtisaslaşma) üzrə dövlət sifarişi üçün müəyyən olunmuş illik məbləğin (özəl təhsil müəssisələrində illik təhsil haqlarının) 60-a bölüb götürdüyü fənlərin kreditinə vurmaqla müəyyənləşdirir.

Tələbə müəyyən olunmuş qaydada digər ali təhsil müəssisələrində də müvafiq fənlər üzrə kreditləri qazana bilər.

Ödənişli əsaslarla təhsil alan tələbə ödəmə qabiliyyətindən asılı olaraq öz fərdi tədris planını tərtib edərkən kreditlərin sayını azalda bilər, bu halda təhsil müddəti uzadılır.

Tələbə öz transkriptini ali təhsil müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.