Sayt xəritəsi

ELM VƏ TƏHSİL



TƏHSİL QEYDİYYAT İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Dövlət Universitetində Boloniya prosesinə keçidlə əlaqədar tədrisin kredit sistemi əsasında təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə kömək məqsədilə 2008-ci ildə “Təhsil qeydiyyat-informasiya mərkəzi” yaradılmışdır.

Ən müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmuş mərkəzdə universitetin bütün fakültələrində kredit sistemi ilə təhsil alan tələbələrin hamısını əhatə edən elektron məlumat bazası yaradılmışdır. Bu bazada hər bir tələbə haqqında ayrıca kod altında məlumat yerləşdirilmişdir. Məlumatda tələbələrin adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı fakültə, ixtisas, kurs, dərsə davamiyyət və təhsil göstəriciləri öz əksini tapmışdır. Fakültələrdəki tyutorlar müvafiq qaydada tələbələrin dərsə davamiyyəti barədəki məlumatları müntəzəm olaraq bazaya daxil edirlər. Həmçinin hər semestr üzrə fakültələr və ixtisaslar üzrə tələbələrin imtahanaqədərki və imtahan balları bazaya yerləşdirilir. Akademik borclarla əlaqədar təkrarən dərslərdə iştirak edənlər, eləcə də ixtisaslar üzrə tələbələrin seçdiyi seçmə fənlər də bazaya daxil olunur.

Təhsil qeydiyyat-informasiya mərkəzinin bazası müvafiq qaydada mühafizə olunur.

Mərkəzin rəhbəri Mehdi Yaşar oğlu Salayevdir.