Sayt xəritəsi

ELMİ KİTABXANA



ŞƏBƏKƏ KİTABXANALARI

“HEYDƏR ƏLİYEV UNİVERSİTETİ KİTABXANASI”. “Heydər Əliyev Universiteti Kitabxanası” Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində, Universitet Elmi Şurasının 6 mart 1997-ci il tarixli qərarı ilə təşkil olunmuşdur. Bu yeni tipli dövlətçilik məktəbinin ilk məşğələsində Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov «Heydər Əliyevin həyatı və faliyyəti bir universitetdir» mövzusunda məruzə ilə çıxış etmiş, müstəqil Azərbaycanın yeni nəsillərinin formalaşması və inkişafında «Heydər Əliyev Universiteti»nin rolunu və əhəmiyyətini diqqətə çatdırmış, konkret tapşırıqlar vermişdir.

“Heydər Əliyev Universiteti Kitabxanası” ümumilli liderimizin həyatı və dövlətçilik fəaliyyətini özündə əks etdirən zəngin kitabxanadır. Burada ümummilli liderin şərəfli həyatını və uzaqgörən siyasi fəaliyyətini əks etdirən, Azərbaycan dövlətçiliyi ilə bağlı 1500-dən artıq kitab, jurnal, audovizual materiallar, videoteka, qiymətli videokadrlar, albom və bukletlər, nadir tarixi sənədlər, arxiv materialları qorunub saxlanılır.

“Heydər Əliyev Universiteti Kitabxanası”nın fəaliyyəti ölkəmizin inkişafının ən müxtəlif sitiqamətlərini əhatə edən məşğələlərlə də zəngindir. Belə ki, müxtəlif vaxtlarda Türkiyə, Rusiya, Fransa, Çin, Yaponiya, Rumıniya və başqa dövlətlərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, habelə beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri universitetimizdə olmuş, öz ölkələri ilə, beynəlxalq təşkilatlarla Azərbaycan Respublikası arasındakı münasibətlərin yaranması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri barədə məruzələr etmişlər. “Heydər Əliyev Universiteti Kitabxanası”nda bu günə qədər 152 məşğələ keçirilmişdir.

«Heydər Əliyev Universiteti Kitabxanası”nda Azərbaycanın müasir tarixinə dair mövzunun tədqiqi ilə məşğul olan doktorant, dissertant, magistr və tələbələr üçün çox mükəmməl ədəbiyyat bazası yaradılmışdır.

«TİBB KİTABXANASI».  NDU-nun Tibb  fakültəsinin binasında yerləşir və 2000-ci ildən fəaliyyət göstərir. NDU-da tibb ixtisası fəaliyyətə başladığı gündən universitet rəhbərliyi bu fakültənin tələbələrinin mükəmməl təhsil alması üçün onları maddi-texniki baza ilə təchiz etməklə bərabər, tibb elminə dair dərsliklərlə təmin etmək qayğısına da qalır. Tibb elminə dair müxtəlif dillərdə – Azərbaycan, türk, rus, ingilis dillərində nəşr olunan 6 minə yaxın ədəbiyyat var.