Sayt xəritəsi

UNİVERSİTET HAQQINDA



BEYNƏLXALQ ƏLAQƏLƏR

Geniş əlaqələrə malik olan Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr və əməkdaşlıq bir neçə istiqamət üzrə davam və inkişaf etdirilir.
Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası,  Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Naxçıvan Dövlət Universiteti 2013-cü ilin may ayından Mövlanə Mübadilə Proqramına qoşulmuşdur. Mövlanə Mübadilə Proqramı Türkiyə Respublikasındakı Universitetlər ilə digər ölkələrdəki Universitetlər arasında müəllim və tələbə mübadiləsini nəzərdə tutur. Mübadilə çərçivəsində universitet müəllimləri bir həftədən 3 ay müddətinədək, tələbələr isə 6 aydan (bir semestr)-12 ayadək (2 semestr) mübadilə proqramında iştirak edə bilərlər.