Sayt xəritəsi

UNİVERSİTET HAQQINDA



HAQQIMIZDA

                                                                                                                

 

                                  AZƏRBAYCANDA  NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

 

        Azərbaycanın qədim elm, mədəniyyət və ictimai fikir mərkəzlərindən olan Naxçıvanda cəmiyyət həyatının inkişafında, iqtisadi-mədəni yüksəlişdə Naxçı­van Dövlət Universitetinin özünəməxsus yeri və rolu vardır.

 

       Naxçıvan Dövlət Uni­ver­siteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnsti­tu­tu­nun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır. Azərbaycan Döv­lət Pedaqo­ji İnstitutunun Naxçıvan filialına 1967-ci ildə 3 ixtisas üzrə 102 nə­fər tələ­bə qəbul olun­muşdur. Naxçıvan filialında birinci il cəmi 3 nəfər ştat­da olan müəllim çalı­şır­dı ki, onlardan da yalnız 2 nəfəri elmlər namizədi idi.

 

1972-ci ildə ADPİ-nin Naxçıvan filialının bazasında 12 iyul 1972-ci il tarix­dən Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət  Peda­qo­ji İnstitutu yaradıl­mış­dır. Azərbaycan SSR Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun im­kan­ları daha da genişləndirilərək  Nax­çıvan Dövlət Universitetinə  çevrilmişdir. Müxtəlif illərdə Naxçıvan Dövlət Universitetinə tarix elmləri namizədi, do­sent Əli Əliyev, coğrafiya elmləri nami­zə­di, dosent Səfərəli Babayev, texnika elm­lə­ri doktoru, professor İsrafil Məm­mə­dov, tarix elmləri doktoru, professor İsak Məm­mədov, kimya elmləri doktoru, professor Qasım Hüseynov rəhbərlik etmiş­lər. Hazırda AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli Naxçıvan Dövlət Universi­te­ti­nin rektorudur.

 

İndi Naxçıvan Dövlət Universitetində 10 fakültədə 52 ixtisas üzrə 5000 nəfərdən çox tələbə təhsil alır. Universitetdə ali təhsilin bakalavr, magis­tra­tura və doktorantura səviyyələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazır­lanır. Bu ali təh­sil ocağında 10 ölkədən: Türkiyədən, Rusiyadan, Almaniyadan, İrandan,  Cənubi Koreyadan, Nigeriyadan, Banqladeşdən, İndoneziyadan, İraqdan, Qazaxıstan­dan, Tür­k­mənis­tandan 200 nəfərdən çox xarici tələbə təhsilini davam etdirir.

 

Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olan 376 müəllimdən 2 nəfəri akademik, 4 nəfəri AMEA-nın müxbir üzvü, 31 nəfəri elm­lər doktoru, 202 nəfəri fəlsəfə doktorudur. Əməkdar elm xadimi, Əməkdar müəllim, Xalq rəssamı, Əməkdar incə­sənət xadimi, Əməkdar artist fəxri adlarını daşıyan əməkdaşlarımız elmimizə, təhsilimizə və mədəniyyətimizə layiqli töhfələr verirlər.

 

Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 10 təd­ris korpu­su, Elek­tron kitabxana, Konservatoriya, universitet klinikası, Olim­pi­ya idman mər­kə­zi, 2 stadion, Botanika bağı və müasir tipli Tə­lə­bə evi yerlə­şir. Azərbaycan ali təh­sil sistemində ilk dəfə olaraq Naxçıvan Dövlət Uni­ver­si­te­tin­də müəllimlər və tələbələr  üçün 3 mərtəbəli Sosial xidmət mərkəzinin və inter­net bağ­lan­tısı olan univer­si­tet qo­naq evinin xidmətlərindən istifadə olunur.

 

Müstəqil Azərbaycan dövlətinin böyük qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası böyük sürətlə inkişaf etdirilərək son illərdə əsaslı şəkildə yenidən qurulmuşdur. Belə ki,  Naxçıvan MR Ali Məclisi Sədrinin müəyyən etdiyi proqrama əsasən  universitet üçün 1999-cu ildə 1600 yerlik beş mərtəbəli tədris korpusu, 2002-ci ildə Tibb korpusu və xəstəxana, 2004-cü ildə Elektron kitabxana, 2006-cı ildə Sosial idarəetmə-hüquq və iqtisad fakültələri üçün 700 nəfərlik korpus tikilib istifadəyə veril­miş­dir. 2007-ci ildən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fa­kül­təsinin əsaslı şəkildə yeni­dən qurulmuş tarixi binası, açıq idman bazası və mü­asir tipli olimpiya idman mər­kəzi müəllimlərə və tələbələrə uğurla xidmət edir. Həmçinin 2007-ci ildə isti­fa­dəyə verilmiş 5 mərtəbəli Konservatoriya binası Müs­tə­qil Dövlətlər Birliyi ölkə­lərində və yaxın xarici dövlətlərdə alternativi olmayan tədris korpusu olmaqdan başqa, həm də mükəmməl mədəniyyət mərkəzidir. 2009-cu ildə tikilən Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi ən müasir in­for­masiya texnolo­gi­yaları ilə təchiz olunmuşdur. 2011-ci ildə tələbələrin istifa­dəsi­nə verilən Tələbə evi və Sosial xidmət mərkəzində bütün işlər yeni dövrün tələbləri əsasında qurul­muşdur. Bu tədris ilində professor-müəllim heyətinə və tələbə gəncliyə dövlət qayğısının ifadəsi olan Təbiətşü­naslıq-kənd təsərrüfatı və Pedaqoji fakültələrini əhatə edən  5 mərtəbəli korpus burada tədrisin təşkilini və elmi-tədqiqat işlərini ən müasir tələblər səviyyəsində qurmağa tam təminat verir. Beləliklə, Naxçıvanda 108 hektar ərazini əhatə edən Avropa standartlarına malik müasir tipli Universitet  şəhərciyi-kampus formalaşmışdır.

 

Tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsinə ciddi əhəmiyyət verilən Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin tələbələri illərdən bəri­dir ki, Türkiyə Cümhuriyyətinin İzmit Kocaeli, Kayseri Ərciyəz, Ərzurum Ata­­türk, Elazığ Frat, Qars Qafqaz universitetlərinin, İran İslam Respublikasın­da­kı Təb­­riz Tibb Uni­ver­sitetinin xəstəxanalarında təcrübə keçirlər. Baytarlıq fa­kül­tə­si­nin mü­­əl­­lim­ləri və tələbələri Türkiyədəki Qars Qafqaz və Ərzurum Ata­türk uni­ver­si­tet­­lə­rinin, İran İslam Respublikasındakı Urmiya Universitetinin baytarlıq ix­ti­sa­sı sa­hə­sin­dəki geniş imkanlardan səmərəli şəkildə istifadə edirlər.  Memarlıq və mühəndislik fa­kültəsinin Təbriz şəhərinin maşın-traktor zavodları, me­marlıq şə­bə­kə­si ilə, Bələ­diyyə və biologiya ixtisaslarının Mərənd şəhər bələdiy­yə­si və balıq­çı­lıq təsər­rü­fatı idarələri ilə əlaqələri təcrübi biliklərin inkişafına və tədris prosesinin zəngin­ləş­­mə­sinə əhəmiyyətli töhfələr verir. Tələbələrimizin Şota Rustaveli adına Batumi Dövlət Universitetinin bazasında botanika, turizm və arxeologiya üzrə keçdikləri yay istehsalat təcrübəsi əlaqələrimizin regional müs­tə­vidəki yeni imkanlarına işıq salır. Avstriyanın Qrats Universiteti ilə əldə   olun­muş razılığa əsasən Naxçıvan Dövlət Universitetinin bələdiyyə və turizm  ixtisas­la­rında təhsil alan  tələbələri 2013-cü ildən Çtiriya vilayətində staj keçmək imkanı qazanacaqlar.

 

İnformasiya-kommunikasiya vasitələrindən istifadəyə Naxçıvan Dövlət Uni­­ver­sitetində geniş yer verilir. Universitetdə 3 internet mərkəzi, «Qeyrət» nəş­riy­yatı, Media mərkəzi, televi­zi­ya studiyası, «Fikir» informasiya bülleteni, «Yeni fikir» qəzeti vardır. Naxçıvan Dövlət Universitetində 2010-cu ildən ən yüksək Wi-Fi simsiz cam­pus internet şəbəkəsindən istifadə olunur. Boloniya prosesi ilə əlaqə­dar ola­raq Təhsil-Qeydiyyat Mərkəzi fəaliyyət göstərməkdədir. Ölkəmizdə 2012-ci ilin may ayından tətbiq olunması nəzər­də tu­tu­lan 4G ən yeni mobil sis­tem ilk dəfə Naxçıvan Dövlət Universitetində sı­naq­­dan çı­xa­rıl­mış, xidmət üçün açılmışdır. 2005-ci ildən başlayaraq universitetdə həyata keçirilən «Elek­tron-Naxçı­van» proqramı Azərbaycan ali təhsil sistemində elektron hərə­ka­tın aparıcı istiqamətlərindən biri ki­mi qəbul olunur. Xüsusən, bu sa­hədə Naxçıvan Dövlət Universiteti əmək­daş­­la­­rı­­nın Azərbaycan Milli Elmlər Aka­­demiyasının İnforma­si­ya Texnologiya İns­ti­­tu­tu ilə sıx əməkdaşlığı, birgə fəa­liy­yəti böyük səmərə ve­rir. AMEA-nın İn­for­­ma­siya Tex­nologiyaları İnstitutunda təşkil olunmuş «Elek­tron auditoriya» Azər­­­bay­­can alimlərinin Naxçıvan Dövlət Universiteti ilə virtual əla­qə­lərinin yara­dılmasında böyük rol oynayır. Artıq ikin­ci ildir ki, AMEA İn­for­masiya Texnologiyaları İnstitutundakı «Elektron audito­ri­ya» vasitəsilə Nax­çıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin doktorant və dis­ser­tantlarına «İnformatika» fənnindən onlayn dərslər keçirilir. Çin Xalq Respub­li­kasının  Sias Universiteti, Almaniyanın Leypsik Universiteti, İsveç Texnologiya Uni­ver­siteti, Portuqaliya Tətbiqi Elmlər  mərkəzi, Rusiya Elm­lər Akademi­ya­sı­nın Sibir Bölməsi, Türkiyə Cümhuriyyətinin Ankara, Ərzu­rum, Kocaeli, Qars universitetləri, Azərbaycan Dillər Universiteti ilə keçirilən videokonfranslar və onlayn dərslər həm də Naxçıvan Dövlət Universitetinin  vir­tual məkandakı  yeri­ni və imkanlarını təsəvvür etməyə imkan verir. Ölkəmizin və dün­yanın müxtəlif ölkələrinin universitetləri ilə keçirilən birgə videokonfranslar və video­dərs­lər tədris sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə  şərait ya­radır. İnforma­siya-kommunikasiya vasitələrindən geniş istifadə ali məktəbdə təd­ris  prosesinin müasirləşdirilməsinə, elmi-tədqiqat işlərinin daha  səmərəli təşki­li­nə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə təkan verir.

 

 Naxçıvan Dövlət Universiteti Azərbaycanın əsas elm mərkəzlərindən birinə çevrilmişdir. Ölkə alimlərinin böyük bir qolu Naxçıvan Dövlət Universitetində cəmləşmişdir.  Universitetdə Azərbaycan elminin bir neçə nəslini təmsil edən ta­nın­mış alim­lər fəaliyyət göstərir. Professor-müəllim heyətinin tərkibindəki Azər­bay­can Mil­li Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərindən, elmlər dok­tor­la­rın­dan hər biri öz  sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər kimi qəbul olu­nur­lar.  Əmək­daş­­­larımızın sıralarındakı Nyu-York Elmlər Akademiyasının, Bey­nəl­xalq İnfor­ma­si­ya­laşdırma Akademiyasının, Beynəlxalq Turizm Akademiya­sı­nın, Tür­ki­yə Tarix, Dil və Kültür Qurumlarının üzvləri olan alimlərimiz ölkəmizi və universitetimizi layiqli şəkildə təmsil edirlər. 1997-ci ildən universitetdə fəaliy­yət gös­tə­rən  Disesrtasiya Şurasında Azərbaycan dili və ədəbiyyatı, Dünya ədə­biyyatı,  pedaqogika  və sənətşünaslıq üzrə elmi-tədqiqat işləri müdafiə olu­nur, yeni nəsil elmlər doktorları və fəlsəfə doktorları  hazırlanır.  Naxçıvan Döv­lət  Universiteti ədəbiyyatşünaslıq, iqtisadiyyat, informasiya texnologiyaları, torpaq­şü­naslıq, ekologiya və sair  sahələr üzrə respublikamızın əsas elm mərkəz­lə­rindən biridir. Universitetdəki «Regionun inkişafı problemləri» elmi-tədqiqat laborato­ri­yası, «Sahibkarlıq və innovasiya mərkəzi», «Sinxron tərcümə mərkəzi» regi­onda  ali məktəb elminin inkişaf etdirilməsinə münasib imkanlar açır. Ali At­tes­tasiya Komissiyasının reystrinə daxil edilmiş və beynəlxalq indeks almış «Elmi əsər­lər» jurnalımız geniş dairədə  istinad olunan elmi nəşrlərdən biridir. Alim­ləri­mi­zin Azər­baycan dilindən başqa, ingilis, rus, fransız, türk , ərəb, fars, koreya dil­lə­rin­də çap olunan elmi əsərləri beynəlxalq aləmdə müəyyən əks-səda doğurur. Bey­nəl­­xalq konfranslarda da universitet alimləri fəal iştirak edirlər. Naxçıvan Dövlət Universiteti də hər il bir neçə beynəlxalq konfransa ev sahibliyi edir.

 

            Naxçıvan Dövlət Universiteti geniş beynəlxalq əlaqələrə malikdir. Univer­si­tetin Ameri­ka Birləş­miş Ştatları, İngiltərə, Çin, Yaponiya, Rusiya, Fransa, Al­ma­­niya, İs­pa­niya, Cənu­bi Kore­ya, Avstriya, Türkiyə, İran, Misir Ərəb Respub­li­ka­sı, Pakis­tan, Gürcüstan, Özbə­­kistan, Qa­za­­xıs­tan və digər ölkə­lərin ali məktəb­lə­ri ilə qar­şı­lıq­lı geniş əla­­qə­ləri formalaş­mış­dır. Ümumiy­yət­lə, univer­sitet­də dün­ya­nın 4 qitə­sin­də yerlə­şən 73 univer­sitet­lə imzalanan əmək­daşlıq müqa­vi­lələri dün­ya elm və təhsilinə in­teq­rasiya üçün bö­yük meydan açır.

 

         Naxçıvan Dövlət Universitetinin «Tələbələr Azad Sahibkarlıq fəaliyyə­tin­də» komandası Azərbaycan çempionu kimi 2010-cu ildə ABŞ-ın Los-Ance­les şə­hə­rin­də Azərbaycan Respublikasının ali məktəblərini təmsil etmişdir. Koman­da­mız 2011-ci ildə isə Malayziyada dünya birinciliyində iştirak edərək qrup mər­hə­lə­sindəki müsabiqədə üçüncü yeri tutmuşlar.

 

Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubunun, Asiya Uni­ver­sitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyi­nin, Avra­siya İpək yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm Akademiyasının və Qaf­­qaz Universitet­lər Birli­yi­nin üzvü­dür. Beynəlxalq təşkilatlarla əlaqələr Naxçı­van Dövlət Universi­te­tində tədris pro­sesində və elmi-tədqiqat işlərinin təşkilində, ha­belə idarəetmədə dünya təc­rü­bə­sindən yaradıcı şəkildə faydalanmağa imkan ya­ra­dır. Naxçıvan Dövlət Uni­ver­sitetinin rəhbər heyəti və əməkdaşları ali mək­təb­­lərin, bey­nəl­xalq cə­miy­yət­lə­ri­n keçirdikləri seminar, konfrans, qurul­tay və mü­­sa­­bi­qələrdə yaxın­dan işti­rak edirlər. Qafqaz Univer­si­tet­lər Birliyini əhatə edən Azər­baycan, Türkiyə, İran və Gür­cüs­tan uni­­ver­­sitet­lə­rin­dən olan 18 ali məktəbin tələbələrinin iştirakı ilə 2011-ci ildə keçirdiyimiz Bi­rin­­ci Bey­nəl­xalq Naxçıvan Gənc­lik Simpoziumu ali təhsil sisteminin yeni epo­xa­dakı tarixi üçün mü­hüm ha­di­səyə çevrilmişdir. Birinci Beynəlxalq Gənclik Sim­po­­zi­u­munda Naxçı­van Mux­tar Respublikası Ali Məclisinin Sədri Vasif Talı­bo­vun və Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının keçmiş Sədri professor-doktor Yu­sif Zi­ya Özcanın iştirakı və çıxış et­mələri əlaqələrin daha da genişləndiril­mə­si­nə hazırkı  mərhələdə döv­­­lət­lərin ciddi əhəmiyyət ver­dik­lərini nəzərə çarpdırır.

 

Naxçıvan Dövlət Universitetində TEMPUS proqramı çərçivəsində 1999-2001-ci illərdə Beynəlxalq əlaqələrin təşkilinə dair xüsusi bir layihə həyata keçiril­miş­dir. Hazırda universitetimiz TEMPUS proqramı üzrə 5 beynəl­xalq layihənin iştirakçısıdır. Sahibkarlıq və innovasiya, ingilis dilindən yazılı və şifahi tərcümə, müasir idarəetmə, habelə turizm və tibb sahələrini əhatə edən TEMPUS layihə­lə­rində Nax­çı­van Döv­lət Universitetinin təmsil olunması həmin layihələrin əhatə et­diyi 24 Av­ra­­si­ya universitetləri ilə qarşılıqlı əməkdaşlığın tə­min olunmasına ge­niş üfüq­lər açır. Sahibkarlıq və innovasiya üzrə TEMPUS la­yi­həsinin işti­rak­çısı olan ölkə­lərin: - Azərbaycan, Almaniya, İspaniya­, Portuqali­ya­ və Öz­bə­kistan uni­­­ver­­si­tet­lərinin işti­rakı ilə 2011-ci ilin noyabr ayında Naxçıvan Döv­­lət Univer­si­­te­tin­də «İnnova­si­yaların tətbiqi: inki­şaf və müasirləşmə» mövzu­sunda beynəl­xalq simpoziumun keçirilməsi ali mək­­tə­bimizin artıq geniş imkanlara malik oldu­ğu­nu nümayiş et­di­rir. Bundan başqa, Boloniya prosesinə uyğun olaraq 2012-ci ildən etiba­rən Naxçıvan Dövlət Univer­si­tetində Eras­mus-Mun­dus və Mövlana proq­­­ram­ları əsasında da bey­nəl­xalq tələ­bə mübadiləsi layihələri hə­ya­­ta keçiri­l­mək­­­də­dir. Bu tədris ilindən etibarən Türkiyənin Şərqi Anadolu universitetləri və Gürcüstanın Ba­tumi Dövlət Universiteti ilə də tələbə mübadiləsinə başlanılacaq­dır. Yaxın gə­lə­cəkdə tələbələrimiz Avstriyanın Qrats universitetində də və Litva Respublikasının ali məktəblərində də təhsil almaq və staj keç­mək imkanı qazana biləcəklər. Bütün bunlar Naxçı­van Dövlət Universite­tin­də Bolo­ni­ya pro­ses­lə­ri­nin daha da genişlənməsinə özü­nün  töhfələrini ve­rir. Kredit sisteminin tətbiq olun­ma­sı, tələbə mobilliyinin təmin edilməsi, yay mək­təbinin və kollokviumların təş­kili, müstəqil, sərbəst işlərin hazırlanması isti­qa­­­mətində həya­ta keçirilən ardıcıl tədbirlər universitet həyatında Boloniya prose­si­nin inkişaf etdirilməsini şərtlən­dirir.

 

          Yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Döv­lət Universitetində yaradılmış Tələbə Gənclər Təşkilatı, Tələbə elmi cə­miy­­yəti, YAP Universitet Gənclər Təşkilatı, Tələ­bə Həmkarlar Təşkilatı, Tələbə turizm assosi­a­si­yası, Tələbə in­for­­ma­siya mərkəzi, Tələbə hüquq maarifləndirmə Mərkəzi, Tələ­bə teatr və opera studiyaları, xor, vo­kal və rəqs qrup­­la­rı, İd­man klubu səmə­rə­li fəa­liyyət göstərir. Ali təhsil ocağı­nın tələbə təşki­lat­la­rı uni­versitetdə müasir gənc­li­yin yaradıcılıq axtarışlarının, bi­lik və bacarıqları­nın, dün­yagörüşünün, təş­ki­latçılıq qabiliyyətlərinin daha da in­ki­­şaf etdirmə­lərində, asu­də vaxtlarının səmə­rə­li təşkilində mühüm rol oyna­yırlar. Tələbə təşkilatlarında fəaliyyət müasir gənc­­lik üçün böyük təşkilatçılıq məktəbi funksiyasını da həyata keçirir. 

 

            Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1974, 1992 və 1999-cu illərdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olması, burada etdiyi tarixi nitqlər, ver­diyi tövsiyələr və tapşırıqlar, göstərdiyi qayğı ölkədə və regionda ali təhsilin və elmin, o cümlədən Naxçıvan Dövlət Universitetinin inkişafında mühüm rol oy­na­mışdır.  Görkəmli dövlət xadimi Heydər Əliyevin 12 noyabr 1992-ci ildə Nax­çı­­van MR Ali Məclisinin Sədri kimi Naxçıvan Dövlət Univesitetinin 25 illik yubileyində iştirakı və tarixi nitqi müstəqillik dövrü Azərbaycan ali məktəbinin proqramı idi. 20 il bundan əvvəl deyilmiş aşağıdakı fikirlər bu gün üçün də aktual və müasir səslənir.

 

 «İndi Azərbaycan müstəqil bir dövlət kimi dünyanın hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz ölkəsinin gələcək inkişafı üçün istifadə etməyə  malik olan bir dövlətdir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun Azərbaycanın bütün ali məktəblərini inkişaf etdirməyə daha da əlverişli şərait var və eyni zamanda, dünyanın bütün ölkələri ilə, orada olan ali məktəblərlə, elm mərkəzləri ilə, elm ocaqları ilə əlaqə saxlamağa imkanları vardır. Çox yaxşı haldır ki, artıq bu sahədə  müəyyən addımlar atılıb... Bu gün Naxçıvan Dövlət Universitetinin bu yubiley  mərasimində İran İslam Respublikasının və Türkiyə Cümhuriyyətinin ali məktəblərinin və dövlət adamla­rı­nın iştirakı buna sübutdur. Sizi əmin  edə bilərəm ki, Naxçıvan MR Ali Məclisi bu sahədə Naxçıvan Dövlət Universitetinin fəaliyyətinə lazımi köməklik edəcək və lazım olan şəraiti yaradacaqdır.

 

..Artıq bundan sonra sizin hazırlayacağınız ali təhsilli kadrlar gərək daha yük­sək kriteriyalara, yüksək tələblərə uyğun olsunlar. İndi artıq siz keçmiş Sovetlər İttifaqının çərçivəsində olan təcrübəni yox, bütün dünya təcrübəsini gərək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə qura biləsiniz».

 

   Ulu öndər Heydər Əliyevin 11 oktyabr 1992-ci il tarixdə Naxçıvan Döv­lət Universitetində  «Bazar iqtisadiyyatı şəraitində iqtisadi əlaqələrin və sərhəd­ya­nı ticarətin təşkili» mövzusunda keçirilmiş beynəlxalq simpoziumdakı zamanı qabaqlayan uzaqgörən nitqi, 11 oktyabr 1997-ci ildə universitetin 1600 yerlik ye­ni tədris korpusunun açılışı mərasimində iştirakı, tarixi çıxışı, 27 oktyabr 1997-ci ildə ölkə başçısı kimi bu ali məktəbin 30 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik  məktubu geniş mənada ölkəmizdə, o cümlədən də Naxçıvan Dövlət Universitetinin həyatında tarixi hadisələrdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Dövlət Universitetində Elektron kitabxananın açılışında iştirakı (4 may 2004-cü il), universitetin 40 illik yubileyinin keçirilməsi haqqındakı 31 mart 2007-ci il tarixli sərəncamı və 17 oktyabr 2007-ci ildə keçirilmiş həmin yubiley mərasimində dərin məzmunlu nitqi ali məktəbin inkişafına dövlət qayğısının müasir mərhələdəki parlaq ifadəsidir. Yubiley  mərasimindəki nitqində Prezident İlham Əliyevin aşa­ğı­dakı sözləri müstəqillik dövrünün ali təhsil siyasətinin yeni tarixi mərhələdəki gerçəkliklərinin ifadəsidir:

 

«Mən çox istəyirəm ki, Azərbaycanda çox vətənpərvər, peşəkar, bilikli, sa­vad­lı gənc nəsil yetişsin ki, ölkəmizin gələcək inkişafına öz töhfəsini versin. Bunu təmin etmək, buna nail olmaq üçün, əlbəttə ki, Azərbaycanda ali məktəblərdə təd­risin sə­viyyəsi yüksək olmalıdır. İndi biz bunu görürük, ali məktəblərin həm mad­di-texniki bazası möhkəmlənir, həm də tədris proqramları dünya səviyyəsinə uyğunlaşır.

 

...Naxçıvan Dövlət Universitetinin də bu işlərdə öz payı, öz əməyi var. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitetin xarici əlaqələri də çox genişdir. Mən bilirəm ki, universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müx­tə­lif ölkələrdən tələbələr oxuyur və bu da özlüyündə bir göstəri­ci­dir. ...Naxçı­van Döv­lət Universitetinin nüfuzu dünyada kifa­yət qədər yüksək səviyyədədir. Burada görü­ləcək işlər, yeni fakültələrin açıl­ma­sı və gələcək planlar, əlbəttə, imkan verəcək ki, Naxçıvan Dövlət Univer­siteti nəinki regionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevriləcəkdir».

 

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun çoxcəhətli fəaliy­yə­tində maarifçiliyə, universitet quruculuğuna, xüsusi diqqət yetirilməsi Naxçıvan Dövlət Universitetinin böyük sürətlə inkişah etdirilməsinin mühüm hərəkətverici qüvvəsini təşkil edir. Bu genişmiqyaslı proqramın əsas istiqamətlə­rindən birinə çevrilən ali məktəb quruculuğu Naxçıvanda böyük bir universitet şəhərciyinin yaranması ilə nəticələnmişdir. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbo­vun ifadə etdiyi aşağıdakı fikirlər çəkilmiş böyük zəhmətin bəhrəsi olan univer­si­te­­tin bu günkü inkişafına verilən qiyməti və bu ali təhsil ocağının gələcəyinə bəs­lə­nilən ümidləri dolğun şəkildə mənalandırır: «Naxçıvan Dövlət Universi­tetin­də yaxşı baza, nizam-intizam vardır. Universitetdə vətənpərvər, məsuliyyətli müəl­lim­­lər dərs deyirlər. Eyni zamanda, bu ali təhsil müəssisəsinin Azərbaycanın mux­tar respublikanın gələcəyini öz üzərində hiss edən gəncliyi vardır».

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək idarəetmə-muxtariy­yat statusu verilmişdir. Bu ali təhsil ocağında 1997-ci ildə yaradılmış və indiyə­dək  153 məşğələsi keçirilmiş «Heydər Əliyev universiteti»nin ardıcıl fəaliyyəti mü­a­sir gəncliyin milli dövlətçilik, vətənpərvərlik və siyasi yetkinlik ruhunda formalaşmasına uğurla xidmət edir.

 

            Naxçıvan Dövlət Universitetində zəngin mədəni mühit formalaşmışdır. Uni­ver­sitet tələbələrinin hazırladıqları «Arşın mal alan» operettası Bakı şəhə­rin­dəki Səməd Vurğun adına teatrın səhnəsində, Ru­si­yanın Novosibirsk şəhə­rin­də, Tür­ki­yə Cümhuriyyətinin Ərzurum, Sam­sun, Qars, Ərdəhan, Trabzon Universi­tet­lə­rin­də, Gürcüstan Res­pub­lika­sının Axaltsıx Uni­ver­si­tetində uğurla nümayiş et­di­ril­­mişdir. Universitetin Tələbə Teatr Studiyasının 1999-cu ildə hazırladığı Ka­mal Abdul­la­nın «Beyrəyin taleyi» tamaşası Türkiyənin Bayburt şəhərində ke­çi­rilən Dədə Qor­qud festivalında mükafata layiq görülmüşdür. Həvəskar aktyor kimi çıxış edən tələbələrimiz Azərbaycan yazıçısı Cəlil Məmmədqulu­za­də­nin «Ana­mın ki­tabı» və «Ölülər» tamaşalarını Bakıda və Naxçıvanda uğurla nüma­yiş etdir­miş­lər. Böyük türk şairi Nazim Hikmətin «Qəribə adam» əsəri də  2012-ci ildə universitet səhnəsində müvəffəqiyyətlə ta­maşaya qoyulmuşdur. Hazırda Tələ­bə Te­atr Studiyası antiq dramaturgiyanın zirvəsi sayılan Esxilin «Zəncirlən­miş Prome­tey» əsərini səhnəyə çıxarmaq üçün yaradıcılıq işləri aparır. Universi­te­tin yallı, vo­kal və rəqs qrupları, Xalq çalğı alətləri və Kamera orkestrləri uni­ver­sitetdən kənarlarda da yaxşı tanınır. Şən və hazırcavablar  klubu  tələbə həya­tının maraqlı keçməsinə, intellektual düşüncənin inkişafına kömək edir.

 

Naxçıvan Dövlət Universitetinin müəllimləri və tələbələri arasında təsviri sənət geniş inkişaf etmişdir. Universitetdə çalışan müəllimlərin, istedadlı tələ­bələ­rin yaratdıqları rəsm əsərləri Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkə­lə­rində təşkil edilən beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirilir. Artıq Naxçı­van Dövlət Universitetinin özünəməxsus  rəssamlıq məktəbi formalaşmışdır. Ali təhsil oca­ğının futbol komandası ölkəmizin ali mək­təblərinin birinciliyində 2008 və 2010-cu illərdə çempionluq qazanaraq Azər­baycan tələbə futbolunu Ukray­na­da və Polşada uğurla təm­sil etmişdir. Universitetimizin voleybolçuları 2 dəfə Qaf­qaz çempionu, badmintonçu qızlarımız isə 4 dəfə Azərbaycan universitetləri arasında çempion olmuşlar.

 

İndiyədək Naxçıvan Dövlət Universitetinin 30 mindən çox məzunu ol­muş­dur. Məzunlar arasında ölkə miqyasında özünəməxsus yeri olan yüksək vəzifəli dövlət adamları, deputatlar, ali rüt­bə­li hərbçilər, görkəmli elm xadimləri vardır.

 

Beynəlxalq əlaqələrin inkişaf etdirilməsində, həm­çi­nin elm və təhsil sahə­sin­də qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Uni­ver­siteti Avropa rektor­lar klubu tərəfindən «Minilliyin universiteti» mükafa­tı­na layiq görülmüşdür.

 

Naxçıvan Dövlət Universitetinin 25, 30 və 40 illik yubileyləri dövlət sə­viy­yəsində qeyd olunmuşdur. Universitetin yaradılmasının bu tədris ilində tamam olan 45 illiyi də ali məktəbin inkişafının yeni bir mərhələsidir və eyni zamanda, professor-müəllim heyətinin, tələbə kollektivinin cəmiyyət qarşısında növbəti hesabatıdır.

 

Beləliklə, Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, döv­lətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali mək­təb­dir. Dünya birlyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan Naxçı­van Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu dönmədən davam etdirməkdədir.