Sayt xəritəsi

TƏLƏBƏ TƏŞKİLATLARI



TƏLƏBƏ HÜQUQ MAARİFLƏNDİRMƏ MƏRKƏZİ


Tələbə Hüquq Maarifləndirmə Mərkəzi Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakultəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələrinin nəzəri biliklərinin daha da möhkəmləndirilməsi, onların praktikada tətbiqi və digər fakültələrin tələbələri arasında hüquqi maarifləndirmə işinin aparılması məqsədilə yaradılmışdır.

Tələbə Hüquq Maarifləndirmə Mərkəzi hər tədris ilinin başlanğıcında müxtəlif ixtisasların tələbələri ilə söhbətlər aparır və fəal tələbələri öz üzvlüyünə qəbul edir. Üzüvlülüyə qəbul könüllülük prinsipi ilə aparılır. Təşkilat universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası ilə birlikdə məhkəmə təlimlərinin təşkilini həyata keçirmişdir. Təşkilat Azərbaycan Respublikasının milli maraqlarına sadiq qalaraq əlamətdar günlərdə tədbirlər və bilik yarışmaları keçirərək NDU tələbələri arasında hüquqi marifləndirmə işlərinin genişləndirməsini təşkil edir.

Tələbə Hüquq Maarifləndirmə Mərkəzinin sədri,  Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Vüsal Sadət oğlu Məmmədovdur.