Sayt xəritəsi

ELM VƏ TƏHSİL



QƏBUL VƏ QEYDİYYAT PROSESİ

Naxçıvan Dövlət Universitetinə qəbul olunmuş magistrantlar aşağıda göstərilən sənədləri  magistratura üzrə dekanlığa təqdim edərək qeydiyyatdan keçməlidirlər

 1.  Cari ilin məzunları  bitirdikləri ali məktəbin tədris şöbəsindən Universiteti bitirmələri haqqında diplomu əvəz edəcək arayış;

2.   Əvvəlki ilin məzunları bakalavr diplomunun və qiymət cədvəlinin əsli və  surəti;

 

3.  Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

 

4.  Bakalavrın imtahan nəticəsi haqqında məlumat  (şəxsi kabinetinin istifadəçi adı və şəxsi kabinetinin parolounu daxil  etməklə DİM-nin saytından qəbul haqqında çıxarış);

 

5.  Tərcümeyi-hal (ətraflı yazılmaqla);

 

6.  4 ədəd (3x4 ölçüdə)  şəkil;

 

7.  Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqının ödənilməsi haqqında qəbz  (Naxçıvan MR Mərkəzi bankına ödənilməklə);

 

Hansı şəxslərin təhsil haqqından azad olunduğu və təhsil haqqından azad olunan şəxslərin hansı sənədləri təqdim etməli olduğu siyahıya buradan baxa bilərsiniz.

 

8.  Vahid geyim formasının alınması haqqında qəbz:  Naxçıvan Tikiş fabriki  (Şəfa xəstəxanasının yanı);

 

9.  Qovluq və fayl.

 



Əlaqə telefonu:     (+99436) 544-08-61          Daxili nömrə: 33-00

                                050-370-12-59                                       33-01