Sayt xəritəsi

ELMİ KİTABXANA



FONDLAR

“Heydər Əliyev Universiteti” Kitabxanasının fondu

“Tibb” Kitabxanasının fondu

Magistratura şöbəsinin kitab fondu

İctimai elmlər fondu

Dəqiq və texniki elmlər fondu

Filologiya elmləri fondu

Xarici ədəbiyyat fondu

Dövri mətbuat fondu

Dissertasiya və avtoreferatlar fondu

Elektron  informasiya xidməti zalı


Depozitar fond

Fond və oxu zalları elm sahələri üzrə ixtisaslaşdırılmış və ayrıca mərtəbələrdə yerləşir.

İctimai elmlərin qiraət zalı və fondunun
65 nəfərlik oxucu yeri var. Burada 17 000 nüsxə ədəbiyyat saxlanılır. Bunlardan 12 000 nüsxə Azərbaycan dilində, 5 000  nüsxəsi isə müxtəlif dillərdədir. Hər il zalın fondu oxucu sorğularına uyğun olaraq yeni ədəbiyyatlarla zənginləşdirilir. Bu zal Azərbaycan, Rus və Qərbi Avropa xalqlarının tarixini, iqtisadiyyatını, hüquq tarixini, qanunvericilik bazasını, mədəniyyətini öyrənən və tədqiq edən tələbə və müəllimlərə, elmi işçilərə, doktorantlara xidmət göstərir.

yuxarı

Dəqiq və texniki elmlərin qiraət zalı və fondunun
65 nəfərlik oxucu yeri var və bu fondda müxtəlif dillərdə nəşr olunan 13 000-ə yaxın ədəbiyyat yerləşdirilib.  Burada təbiət və texniki elmlərə dair qiymətli kitablar, xarici səyyah və alimlərin əsərləri, bundan başqa 22 cildlik “Böyük Sovet Ensiklopediyası”, (“Bolşaya Sovetskaya Ençiklopediya”), L.Qmelinin qeyri-üzvi kimyaya aid məlumat kitabı,  4 cildlik «Sosial Bilimlər Ensiklopediyası», eyni zamanda, açıq rəflərdə ensiklopediyalar, lüğətlər, biblioqrafik göstəricilər, yeni qəzet və jurnal materialları toplanıb.  
     
yuxarı

Filologiya elmlərinin qiraət zalı və fondunun 65 nəfərlik oxucu yeri var və  80 000 nüsxə ədəbiyyat saxlanılır.  Bu zalın fondu daha zəngindir. Təkcə 2004-2011-ci illərdə latın qrafikalı 20 000 nüsxə yeni kitab alınaraq bu zalda komplektləşdirilib. Zalda regional əhəmiyyətli yeri nəşrlər külliyyatı, etnik, ölkəşünaslıq, fərdi və xüsusi kolleksiyalar toplanıb. Zalın kolleksiyaları Azərbaycanın, eləcə də bütün Qafqazın və Rusiyanın folklorunu, ədəbiyyatını, mədəniyyətini öyrənən tədqiqatçılar üçün maraqlı olan mənbələrlə zəngindir.  Bu zalda akademik Məmməd Cəfər Cəfərovun və akademik İsa Həbibbəylinin şəxsi kitab fondları yerləşir.

yuxarı

Xarici ədəbiyyatın qiraət zalı və fondu Avropa və Şərq dilləri üzrə kitabların əlifba və sistemli kataloqu təşkil olunub və 7000 nüsxə ədəbiyyat yerləşdirilib. XVII əsrdən müasir dövrə qədər nəşr olunan ədəbiyyatlarla zəngidir. Bundan əlavə, dünyanın bir sıra ölkələrindən gələn yeni informasiya göstəriciləri zaldakı sərgidə saxlanılır və oxuculara məlumat verilir.

yuxarı

Dövri mətbuat fondunun qiraət zalında 15 000 çox elmi, elmi-kütləvi və ədəbi-bədii mətbuat nümunələri toplanmışdır. Zalda 5000 nüsxəyə yaxın jurnal, 6000 nüsxədən çox qəzet komplekti, 800-ə yaxın müxtəlif kafedralara məxsus elmi-tədqiqat işləri, keçmiş Sovetlər Birliyinin müxtəlif elm ocaqlarının, SSRİ EA-nın, Moskva, Peterburq, Kazan və başqa universitetlərin müxtəlif elm sahələrinə aid 500-dən çox referativ jurnalları, bülletenlər, ensiklopediyalar, lüğətlər, biblioqrafik göstəricilər toplanmışdır. Kitabxanaların vaxtlı-vaxtında komplektləşdirilməsi, elektron nəşrlərin, dövri nəşrlərin alınması işi də kitabxana fəaliyyətinin çox vacib sahəsidir. NDU-nun Kitabxanası 65 adda qəzet və jurnala abunə yazılıb, 170 adda jurnal isə kitabxanaya hədiyyə olunub.

Zalda universitetin nəşri olan «Fikir» jurnalı və “Yeni fikir” qəzeti, «Elmi əsərlər» jurnalı daha çox mütaliə olunan dövri mətbuatlar sırasındadır. Elmin inkişafında mühüm rol oynayan doktorluq və namizədlik dissertasiyaları, avtoreferatlar bu şöbədə yerləşdirilib. Burada universitet əməkdaşlarının 100-dən artıq dissertasiyası, NDU ilə yanaşı, respublikamızın müxtəlif elm mərkəzlərində müdafiəsi keçirilən namizədlik və doktorluq dissertasiyalarının 1000-dən çox avtoreferatı toplanmışdır.

yuxarı

Elektron informasiya xidməti zalı 2004-cü ilin may ayından başlayaraq kitabxanada qlobal İNTERNET şəbəkəsi vasitəsi ilə xidmət göstərilir. Zalda yerləşdirilən 21 ədəd kompüter dəsti pulsuz olaraq universitet əməkdaşlarına xidmət edir, eyni zamanda, informasiya texnologiyalarının tətbiqinə dair kitablarla da oxucuları məlumatlandırır. Bu şöbə kitabxananın Veb səhifəsinin daim təkmilləşməsi və dəstəklənməsi sahəsinə baxır. Elektron kataloqun və elektron kitabxananın yaradılması istiqamətində iş aparır. İnternet vasitəsi ilə oxuculara elektron elmi kommunikasiyalar və informasiya xidmətini təşkil edir. Elektron kataloqla yanaşı kitabların mətninin kompüter yaddaşına köçürülməsi işini də həyata keçirir. Bu şöbə kitabxanada təşkil olunan tədbirlərin əyaniliyini artırmaq, rəngarəngliyi təmin etmək məqsədilə məzmunauyğun slaydlar da hazırlayır. Kitabxananın fondlarının elektron informasiya daşıyıcılarına köçürülməsi, Azərbaycan elminin son nailiyyətlərinin İNTERNET vasitəsilə təbliği, oxucuların informasiya tələbatının dünya informasiya məkanından ödənilməsi istiqamətində işlər görür.

yuxarı

Depozitar fond. Elmi, tarixi və bədii əhəmiyyətini saxlayan, lakin oxucular tərəfindən çox nadir hallarda istifadə olunan 8 000-ə yaxın nəşrlər depozitar fondda saxlanılır.

yuxarı