Sayt xəritəsi

ELM VƏ TƏHSİL



TƏLƏBƏ QƏBULU HAQQINDA MƏLUMAT


1. 2016-2017-ci tədris ili üçün Naxçıvan Dövlət Univer­sitetinin qəbul planı 1165-tələbə olaraq təsdiqlənmişdir. Qəbul im­­ta­han­larının nəticəsində isə universitetə 1067 tələbə (əyani şö­­­bəyə 987, qiyabi şöbəyə isə 80) qəbul olun­muşdur. Bu­nunla da qəbul pla­nı 91.6% yerinə yetirilmişdir.
 
2. Naxçıvan Dövlət Universitetinin xüsusi qabiliyyət tələb et­mə­­yən ixtisasları üzrə qəbul planı 92 % yerinə yeti­ril­mişdir.
 
3. Universitetin xüsusi qabiliyyət tələb edən ixtisas­larında isə bu rəqəm 90.2 % yerinə yetirilmişdir.
 
4. Cari ildə Naxçıvan Dövlət Universitetinə 429 nəfər tələbə dövlət sifarişi əsasında qəbul olunmuşdur. Bu, uni­ver­si­te­tə ümumi tə­lə­bə qəbulunun 40.2 faizini təşkil edir. Bu il Nax­çı­van Dövlət Uni­ver­sitetinə qəbul olunan tələbə­lərdən 638 nə­fə­ri (59.8 faizi) ödənişli əsaslarla təhsil alacaqdır.
 
5. Tələbələrdən 190  nəfəri 500-dən yuxarı balla univer­si­tetə qə­bul olunmuşdur ki, onlardan da 47 nəfəri 600-dən çox bal topla­mış­­dır. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 156 abituriyent 500-dən yuxarı balla universitetə qəbul olunmuşdur ki, onlardan da 31-i 600-dən çox bal toplamışdır. 2014-cü ildə 500-dən çox bal top­layanlar 153 nəfər olmuşdur. Onlardan 35-i 600-dən yuxarı bal toplamışdır. 2013-cü ildə isə 500-dən çox bal top­­layanlar 150 nəfər ol­muşdur ki, onlardan da 23 tələbə 600-dən yuxarı balla Naxçıvan Dövlət Univer­si­te­ti­nə qəbul olunmuşdur.
 
6. Əyani və qiyabi şöbələr üzrə qəbul aparılmış 54 ixti­sa­­sın dördünə, o cümlədən texnalogiya, kimya, dirijorluq yal­nız qız­lar, jur­­nalistika, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllim­li­yi və bədən tərbiyəsi və idman müəllimliyinə (qiyabi) isə yal­nız oğlanlar qəbul olun­­muş­­­dur.
 
7. Bu il 600-dən çox bal toplamış tələbələrin 42 nəfərini qızlar, 5 nəfərini isə oğlanlar təşkil edir.
 
8. Cari ildə 600 ballı tələbələrin 16 nəfərini Naxçıvan şə­­­hə­ri­nin, 10 nəfərini Şərur rayonunun, 5 nəfərini Babək ra­yo­nu­­nun, 5 nəfərini Şah­buz, 4 nəfərini Culfa, 2 nəfərini Kəngərli, 1 nə­fərini Ordu­bad, 1 nəfərini Bakı, 1 nəfərini Şəki, 1 nəfərini Göy­göl, 1 nəfərini isə Biləsuvar məktəbinin məzun­la­rı­ təşkil edir.
 
9. 600-dən yuxarı bal toplamış tələbələr universitetin əyani şöbəsinin 11 ixtisasına – riyaziyyat/informatika (3 tə­lə­bə), hüquqşünaslıq (13 tə­lə­bə), dünya iqti­sa­diy­yatı (1 tələbə), tər­­­cümə (ingilis-Azər­bay­can dil­ləri) (2 tələbə), müa­li­cə işi (5 tə­ləbə), dünya iqtisadiyyatı (1 tələbə), mühasibat uçotu və audit (2 tələbə), Azərbaycan dili və ədəbiyyat (2 tələbə), iqtisadiyyat (1 tələbə), xarici dil müəllimliyi (ingilis dili üzrə) (16 tələbə), tib­bi profilaktika (1tələbə) ixti­saslarına qəbul olun­muş­lar.
 
10. Hazırda Naxçıvan Dövlət Universitetinin I və II kurs­la­rın­da 78 tələbə 600-dən yuxarı balla universitetə qəbul olmuş və təhsil alır.
 
11. Bu il Naxçıvan Dövlət Universitetinə qəbul olu­nan­lar­dan 47 abituriyent 600-dən yuxarı bal toplamışdır. 500 ballı tələ­bə­lər univer­si­te­­tin I kurs üzrə 53 qrupundan 22-ni əhatə edir.
 
12. Cari ildə əyani və qiyabi şöbələr üzrə 54 ixtisasdan 23-də keçid balı 500 baldan, 31 qrupda isə 244 tələbənin  (22.9 % ) 400-dən  yuxarı balı olmuşdur.
 
13. Naxçıvan Dövlət Universitetinə 2016-cı ildə ən çox 1999-cu il (592 nəfər) və 1998-ci il təvəllüdlü (276 nə­fər) abituriyentlər qəbul olunmuşdur.
 
14. Universitetə 2016-cı ildə qəbul olunmuş tələbələrin 32.9 %-i orta məktəblərin builki məzunlarıdır.
 
15. 2016-cı ildə universitetə qəbul olunmuş tələbə­lər­dən ən yaş­lısının 38 (1 tələbə), ən gəncinin isə 16 yaşı (23 tələ­bə) vardır.
 
16. Bu il Naxçıvan Dövlət Universitetinə muxtar res­pub­­li­ka­­nın bütün şəhər və rayonlarında yerləşən əksər orta mək­təblərin mə­­zun­ları daxil olmuşlar. Bununla belə, həmin sa­hə­də üstünlük Nax­çı­van şəhər məktəblərinin (378 tələbə), Babək (166 tələbə), Şərur (160 tələbə) rayonlarının məzun­larına məxsusdur.
 
17. Naxçıvan Dövlət Universitetinin I kurs tələbələrinin 987 nəfərini (92.5%) muxtar respublika orta məktəblərinin məzunları təş­kil edirlər. Qalan 80 nəfər (7.5 %) Azərbaycan Res­­publikasının di­gər 37 şəhər və rayonundan olan tələbələr­dir.
 
18. 2016-cı ildə magistratura təhsil səviyyəsi üzrə keçi­ri­lən qəbul imtahanlarında Naxçıvan Dövlət Universitetinə 47 ixtisaslaşma üzrə 105 nəfər magistr qəbul olunmuşdur.
 
19. Naxçıvan Dövlət Universitetində hazırda 231 nəfər xarici tələbə təhsil alır. Bu tələbələrdən 277 nəfəri universitetin bakalavr, 4 nəfəri magistr, 51 nəfəri isə dissertant səviyyəsinə aiddir. Əcnəbi tələbələr Türkiyə, İran, İraq, Nigeriya, Cə­nubi Koreya, Qazağıstan və Gürcüstan ölkələrindən­dir.
 
20. 2016-cı ildə Naxçıvan Dövlət Universitetində müx­tə­lif xa­rici ölkələrin vətəndaşı olan 51 nəfər dok­to­rant öz el­mi tədqiqat işini davam etdirir.