Sayt xəritəsi

ELM VƏ TƏHSİL



ÜMUMİ MƏLUMAT

 

 

Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi (bundan sonra - Mərkəz) ödənişli əsaslarla xarici tələbələrin distant təhsilini təşkil edir.

 

Mərkəz Naxçıvan Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərir. Mərkəz hər bir şəxsin distant təhsilalması üçün zəruri imkanları təmin edir.  

 

 

Mərkəzdə bakalavr, magistratura pillələrində təhsil almaqla yanaşı, ixtisasartırma, əlavə təhsil, onlayn kurslar üzrə də tədris proqramları da mövcuddur.

 

Distant təhsil üzrə məzunlara iki dildə (Azərbaycan və ingilis dillərində) təhsili bitirmək haqqında diplom (sertifikat) verilir. Diploma əlavədə (transkript) tədris edilmiş bütün fənnlərin siyahısı, onların kreditlərinin miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər öz əksini tapır.

 

Bakalavr pilləsində təhsil müddəti 3-4 ildir.

 

Distant təhsildə magistratura hazırlığında ixtisaslaşdırma aparılır, elmi araşdırma bacarıqları və vərdişləri formalaşdırılır, xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirilir. Magistratura pilləsində təhsil müddəti 1,5-2 ildir.

 

Distant təhsili əhatə edən təhsilin digər formalarının tədris müddəti proqramın müəyyən etdiyi zaman çərçivəsində dəyişə bilər.

 

Sənəd qəbulu yanvar ayı ərzində, tədris prosesi isə fevral ayından başlanılır.

 

Distant təhsil mərkəzinin əsasnaməsinə burdan  baxa bilərsiniz.