Sayt xəritəsi

ADMİNİSTRASİYA



BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ PROREKTOR

TALIBOV SEYMUR VASİF OĞLU - Hüquq üzrə fəlsəfə doktoru, dosent

 

Qısa bioqrafik məlumat


1988-ci ilin yanvarın 19-da  Naxçıvan şəhərində anadan olmuşdur.
1994-2003-cü illərdə Naxçıvan şəhər 12 saylı orta məktəbdə təhsil almışdır.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr təhsili almışdır.
2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin beynəlxalq  hüquq ixtisası üzrə qiyabi magistratura təhsili almışdır.
2009-2010-cu illərdə magistratura təhsilini İngiltərənin London City Universitetində Beynəlxalq siyasət üzrə davam etdirmişdir.
2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universietinin Beynəlxalq Münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir.
2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olmuşdur.
2014-cü ildə “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
2017-ci ildən NDU-nun dosentidir.
2011-ci ildən YAP-ın üzvüdür.
2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
1 monoqrafiya və 11-dən çox elmi məqalənin müəllifidir.

 

Tədqiqat sahəsi


Regional enerji təhlükəsizliyi problemləri

 

Əsərlərindən seçmələr


1.Enerji  təhlükəsizliyi məsələləri və Naxçıvan – Naxçıvan Dövlət Universitetinin elmi əsərləri-İctimai elmlər seriyası, say 1, 2012.
2.Energetika sferasında Azərbaycan Respublikasının Xəzər dənizi regionunda əməkdaşlığın beynəlxalq hüquqi formaları-Beynəlxalq hüquq və inteqrasiya problemləri , elmi-analitik və praktiki jurnal-say 3 (31) 2012.
3.H. Əliyev və müstəqil Azərbaycanın enerji diplomatiyası –Naxçıvan Dövlət Univeristetinin elmi əsərləri, ictimai elmlər seriyası, xüsusi buraxılışı, say 1, 2013.
4.Azərbaycan Respublikasının enerji diplomatiyası - Naxçıvan Universiteti elmi əsərləri, say 1-2015.