Sayt xəritəsi

TƏLƏBƏ TƏŞKİLATLARI



TƏLƏBƏ İDMAN ŞURASI


İDMAN

Naxçıvan Dövlət Universitetinin Tələbə idman şurası universitetdə tələbə gənclər arasında idmanın kütləviləşməsi, idman yarışlarının müntəzəm təşkili üçün ardıcıl işlər görür.

Hər ilin oktyabr-noyabr aylarında idman klubu ilə tələbə idman şurası tərəfindən birinci kurs tələbələri arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilir, qabiliyyətli idmançılar aşkara çıxarılır və universitet komandalarına cəlb olunur.

Hər ilin aprel ayının sonu, may ayının əvvəllərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan idman yarışlarının keçirilməsi də artıq ənənə halını almışdır.

Tələbə idman şurası Tələbə evində yaşayan tələbələr arasında müntəzəm olaraq müxtəlif yarışlar da keçirməklə asudə vaxtın səmərəli təşkilinə xidmət göstərir.

Tələbə idman şurasına Pedaqoji fakültəsinin IV kurs tələbəsi Nicat Məhəmməd oğlu Allahverdiyev rəhbərlik edir.